Sabirabadın Çölbeştəli kəndində qardaş, qardaşın suyun kəsdi: Həyat yoldaşım vəfat edəndə yumağa su tapmadıq - VİDEO

12, 06, 21
12:30

Sabirabadın Çölbeştəli kəndində qardaş, qardaşın suyun kəsdi: Həyat yoldaşım vəfat edəndə yumağa su tapmadıq - VİDEO


Sabirabad rayon Çölbeştəli kəndində doğma qardaş qardaşının yaşadığı həyət yanı sahəsinə gələn suyu kəsib.

Azerbaycanrealligi.com-a danışan Vəiyev Elşad Ordu Oğlu idda edir ki, qardaşı Vəliyev Sərraf tərəfindən 4 ildir onun yaşadığı evə gələn içməlu su kəsilib. O, məhkəmələrə muraciət etsə də süründürməçiliklə üzləşir, problem isə öz həllini tapmır. Hara muraciət etsələr də müsbət cavab ala bilmirlər. Qalmişıq susuz, əlacsız rayon icra hakimiyyətinə muraciət etsək də baxan yoxdur. Həyətdə olan ağaclar yanır, təsərüfat məhv olur. 3 ailə və körpə uşaq yaşayır, qalmışıq kanalizasiya suyunun ümidinə. Həyat yoldaşım da bu yaxınlarda rəhmətə getdi. Onu dəfn zamanı yumağa su belə tapa bilmədik. İçməli su tapa bilmirik, vəziyət olduqca acnacaqldır.

Vəliyev Elşad bildirir ki, doğma qardaşı onun həyətinə gələn suyu kəsməyi onla əsaslandırır ki, mənim həyətimdən keçən su məni narahat edir. 1 hektar 34 sot torpağım var, ağaclarım yanıb, taxıl əkmişdim yanıb, 800 dən artıq ağacım var idi, onun 200-300-ü məhv olub. Hal-hazırda ağaclar da məhv ola-ola gedir, 80-90 ədəd nar kolunu 1 ay əvvəl quruduğu üçün kəsib yığdıq kənara. Elşad Vəliyev sonda aidiyyatı qurumlardan ona kömək yardım etməsin istəyib. "Mən də bu ölkənin vətəndaşıyam, belə şey olmaz, xahiş edirəm aidiyyatı qurumlar mənə yardım etsin deyə bildirib.

Adı çəkilən qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq 

daha ətraflı video


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın