Millətin dualarından güc alan Ordumuz! Gününüz - günümüzdür!

26, 06, 21
15:00

Millətin dualarından güc alan Ordumuz! Gününüz - günümüzdür!


Bütün dualarımız bu gün üçün idi.

"Ordumuz ayağa qalxsın və torpaqlarımızı azad etsin, bizə ZƏFƏR yaşatsın!"

İllərdir, Silahlı Qüvvələr Günündə Əsgərimizin fotosunu səhifələrimizə, qəzetlərimizə qoyub, Allaha dua etdik, dilək tutduq, arzuladıq!

"Azərbaycan Ordusu ümid yerimizdir", dedik!

Bu gün son və uzun keçən illərdə ilk dəfədir, Ordu Gününü ürəkli və sevincli qeyd edirik!

Şəhidlərimizi unutmadıq!

Torpağın altında da müzəffər bir ordumuz vardır!

Onlara borcluyuq!

Ordumuza güvənir və onunla qürur duyuruq!

Xankəndi, Xocalı, Əskəran, Ağdərə ...hər qarış torpağımızda suveren hüquq və haqlarımızı Ordumuz bərpa edəcək!

Zəngəzuru bu Ordumuz geri alacaq!

Böyük hədəflərimiz var!

Çünki güclü Ordumuz var!

Bayramınız mübarək!
5b310647db181.jpg (169 KB)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın