Prezidentin tapşırığı ilə Azərbaycandan Türkiyəyə yardım dəstələri göndəriləcək

30, 07, 21
18:00

Prezidentin tapşırığı ilə Azərbaycandan Türkiyəyə yardım dəstələri göndəriləcək


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək.

Azerbaycanrealligi.com xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib: "Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın