Tural Abbaslı: Yunis Səfərovun törətdiyi cinayətin səbəbi terror deyil, Elmar Vəliyevin harınlığının nəticəsidir.

07, 07, 18
11:47

Tural Abbaslı: Yunis Səfərovun törətdiyi cinayətin səbəbi terror deyil, Elmar Vəliyevin harınlığının nəticəsidir.

Aà Partiya baÃqanñ Tural Abbaslñ : BaÃda prezident olmaqla...AĞ Partiya başqanı Tural Abbaslı öz "fasebook" səhifəsində "Gəncə sui-qəsdi" barədə bunları yazdı : İndi də hakimiyyət "terror" nağılı ilə xalqın gözünə kül üfürməyə çalışır. YAP iqtidarının siyasi texnoloqlarının səviyyəsizliyinə söz tapa bilmirəm. Bunlar ya özləri axmaqdırlar, ya da xalqın heç nəyi görmədiyini və anlamadığını düşünürlər. Heç kəsə sirr deyil ki, Yunis Səfərovun törətdiyi cinayətin səbəbi terror deyil, Elmar Vəliyevin özbaşnalığı, harınlığı və Gəncə əhalisinə etdiyi zülmün nəticəsidir. Düşünürdüm ki, hakimiyyət baş verən bu hadisədən nəticə çıxaracaq və ən azından harınlamış məmurlarını bir az cilovlayacaq və xalqa zülm etməməyə çağıracaq. Ancaq, görünən odur ki, iqtidar yenə də problemlər qarşısında özünü dəvəquşu kimi apararaq, başını quma soxmaqla problemlərin həll olunacağını düşünür. Bu isə yenə də qeyd edirəm ki, hakimiyyət üçün də, dövlət üçün də, xalq üçün də çox təhlükəli gələcək vəd edir. Sonda, Yunis Səfərov cinayətkardırmı? Bəli, o məmur özbaşnalığına dözməyən cinayətkardır.
Bəs, Yunis Səfərov terrorçudurmu? Xeyir, o terrorçu deyil. Heykəl yazan gənc Qiyas və Bayram nə qədər narkomandırsa, Cümhuriyyət üçün yürüş edən etirazçı nə qədər xuliqandırsa, müxalifətçi aktivistlər nə qədər dələduzdursa, haqqı deyən jurnalist nə qədər reketdirsə, Yunis Səfərov da o qədər terrorçudur! Bu qədər bəsit və sadə.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın