Siyəzəndə Şəhid ailəsi BAŞÇI İLƏ ÜZ-ÜZƏ - VİDEO

08, 09, 21
19:00

Siyəzəndə Şəhid ailəsi BAŞÇI İLƏ ÜZ-ÜZƏ - VİDEO


Siyəzən sakini Taleh Qoçəliyev olduqca sərt ittihamlar irəli sürərək rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev barəsində sərt ittihamlar səsləndirdi.

Taleh Qoçəliyev:Mənim sözüm icra başçısı Novruz Novruzova və birinci müavini Aqşin Ağayevədir.

Aqşin Ağayev!Siz mənə məktub göndərib yazmısınız ki,mənə bir maşın daş,bir maşın assep vermisiniz.

Yalançının Allah bəlasını versin.Siz nə vaxt vermisiniz onları ki, bizim xəbərimiz olmayıb? Novruz Novruzov, siz nə vaxta qədər yalan danışacaqsınız?Nə vaxta kimi saxta statistika ilə hərəkət edib, ölkə rəhbərliyini, şəxsən cənab prezidenti aldadacaqsınız?Niyə eləmədiyiniz şeyləri ayağımıza yazırsınız?

Cəmisi bir dəfə anam xəstə olduğu üçün 250 manat pul vermisiniz.Bəli, danmıram həmin pulu bank vasitəsilə almışam.

Nə vaxt, hansı bayramda qapımızı açıb maraqlanmısınız?Otuz yeddi yaşım var,mən daimi iş tapa bilmirəm.Müvəqqəti işlərdə işləməklə ailə saxlayıram.Anam,həyat yoldaşım xəstə.Bu nə yaşayışdır biz yaşayırıq?

Məşğulluq mərkəzinə iş üçün müraciət etdim.Nəinki iş verdilər,həyat yoldaşımı da işdən çıxartdılar.

Utanın,gorün nə vəziyyət yaratmısınız ki,mən məcbur olub efirə çıxıram.

Sizi prezident bu vəzifəyə təyin edib ki,xalqa,insanlara xidmət edəsiniz.Ancaq siz insanların cibini güdür, son tikəsini əlindən alırsınız.Niyə şəhid ailəsi ilə maraqlanıb kömək etmirsiniz?1992 ci ildə ölənlər şəhid deyil,niyə ayrıseçkilik edirsiniz? Sizdən hər yerə,lap avropaya qədər yazıb, şikayət edəcəyəm.Utanmırsınız,şəhid ailəsinin yaşadığı mənzilə gedir, sonra şəkil çəkib Facebook səhifəsində paylaşıb deyirsiniz ki, şəhidlərimizə Siyəzəndə belə qayğı göstərilir.İki dənə balaca makaron,bir ədəd yağ və bir qutu çay.Vəssəlam şəhid ailəsinin problemi həll olundu.Heç utanırsınız, xəcalət çəkirsiniz?

Qurban bayramında heyvanlar kəsilir, birinci ət sizlər üçün gedir, sonra ortada qalan sür-sümük şəhid ailələrinə gedir.Budur qayğı,budur ədalət?
Mənim ünvanıma yalnız rayonumuzun hərbi komissarı gəlib.Minnətdaram , başqa kimsə qapımızı döyüb bizimlə maraqlanmayıb.

Mən hətta yaşat fonduna da müraciət etmişəm,heç bir kömək görmədim.Artıq əsəblərim dözmür.Allahdan qorxun.Eləmədiyiniz şeyləri,öz mənimsədiyiniz, ailə,uşağınıza yedirtdiyiniz şeyləri bizim adımıza yazmayın.

Cənab prezident!Hörmətli Mehriban xanım! Mən sizdən xahiş edirəm ki,mənə və ailəmə kömək edin.Bizləri, Novruz Novruzovun, Aqşin Ağayevin zülmündən xilas edin.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. (azinfo.tv) 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın