Kamran Əliyev ÇAĞIRIŞ ETDİ: çox həssas məsələdir - VİDEO

03, 11, 21
13:30

Kamran Əliyev ÇAĞIRIŞ ETDİ: çox həssas məsələdir - VİDEO


Baş prokuror Kamran Əliyev REAL televiziyasında “Mirşahinin vaxtı” verilişinə müsahibə verib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Baş prokuror prokurorluq orqanlarının gündəmində olan bir sıra suallara aydınlıq gətirib.

O, son günlər aktual olan cinayətlərlə bağlı çağırış edib:

“Bizim mətbuat çox ehtiyatlı olmalıdır. Bu cür cinayətlər – istər azyaşlı olsun, istər cinsi təcavüzlə bağlı olsun – çox həssas, insanların şəxsiyyəti ilə bağlı məsələlərdir.

Onların yaxınları, ailə üzvləri var. Bu halları belə açıqlamaq yolverilməzdir. Başa düşürəm, onlar bəzən kiməsə istinad edirlər. Hesab edirəm ki, bu, etik qaydalara uyğun deyil. Mətbuat da müəyyən etik normalara riayət etməlidir.

Biz dəfələrlə konkret cinayət işləri ilə bağlı məsələlərdə məlumat vermişik, xahiş etmişik, müraciət etmişik, bəzən xəbərdarlıq etmişik ki, bu, yolverilməzdir.

Bəzən bu düzgün qəbul edilmir, söz və mətbuat azadlığına təzyiq kimi qiymətləndirilir. Söz azadlığı insanların şəxsiyyətinə ziyan vuran hallarla müşayiət edilməməlidir”.


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın