SON DƏQİQƏ: DİN və DTX Cəlilabadda əməliyyat keçirdi, narkotacir İmanov SAXLANDI

10, 11, 21
09:00

SON DƏQİQƏ: DİN və DTX Cəlilabadda əməliyyat keçirdi, narkotacir İmanov SAXLANDI


Cəlilabadda narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Azərbaycan Reallığı"na verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə əməliyyat tədbirləri keçiriblər. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ləkin kənd sakini N.İmanov saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 15,465 qram heroin, 10,335 qram metamfetamin, 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron və 2 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülüb.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın