"Buta Airways" yoxsa soyğunçu şirkət? - 9 kq artıq yükə görə 96 AZN rüşvət - FOTO

07, 12, 21
09:30

"Buta Airways" yoxsa soyğunçu şirkət? - 9 kq artıq yükə görə 96 AZN rüşvət - FOTO


İnsanlar min əziyyətə qatlaşaraq ildə bir dəfə hansısa sevdiklərini, ailəsini görmək üçün hansısa ölkəyə üz tutur, sevinərək büdcəyə uyğun bilet satılan şirkətlər axtarıb tapırsan ki, heç olmasa bir neçə ildən sonra doğmamı görməyə gedirəm. Buta Airways kimi ucuz şirkət tapıb bilet alsan da sonradan bunu insanın burnundan gətirirlər, hələ üstəlik əsəb stres gərginliyi demirsən.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu cür hadisə Buta Airwaysdən bilet alan sərnişin Afaq Mirzəyevin başına gəlib, sərnişin 7 dekabr saat 07:35 radələri üçün Buta Airways şirkətindən Bakı-İstanbul reyisi ilə İstanbula bilet alıb, təxminən saat 05:00 radələrində Heydər Əliyev adına hava limanına, rəfiqəsi Aynurə Babayeva ilə birlikdə yaxınlaşib. Kassada oturan Ramin Bağırov adlı şəxs (yazıda fotosun təqdim edəcəyik) bildirib ki yüknüz 9 kq ağırdır, buna görə 96 AZN ödəməlisiz.

Ramin Bağırov

Vətəndas bildirir ki, pulu ödəməyəcəymizi dedik, inad etdilər ki, ödəməlsiz, üsütmüzdə o qədər pul olmadığın bildirdik, sonra 96 AZN-i guya endirim edib 48 dedilər, məcbur olub pulu verdik, pulu aldıqdan sonra çek tələb etdik, bizə yalnız üzərində ödəniş yazılan çek təqdim etdilər, amma 48 manatı nə üçün, hansı əsasla verdiymizi qeyd etmədilər. 

Daha sonra saat 07:35 radalərində Heydər Əliyev hava limanından yola düşən Buta Airways şirkətinin təyyarəsi heç bir səbəb demədən saatlarla geckdi. Bir sözlə, çox dəhşətdir. adamı yola çıxmağa peşman edilər, sanki soyğunçularin işlədiyi yerdir bura. Şikayətçilər onuda qeyd edir ki, eyni ilə hal onlarla gedən sərnişinlərdə də baş verib, lakin onlara bunlar kimi rəftar olunmayıb, digər sərnişinlər isə 10-15 manat, bəzisi 20 manat "hörmət" etməklə canların qutarblar.

"Azərbaycan Reallığı" bildirir ki, Buta Airways ölkədə ən çox narazlıq yaradan aviareysdi, bu şirkət haqqında tez-tez xəbər sayıtlarında sosial şəbəkələrdə narazlıqlara rast gəlmək olar. Müşahidə aparsan insanlar arasında da bu şirkət demək olar birmənalı qarşlanmır. Sözü gedən şirkət bir müddət bundan öncədə öz sərnişinindən boş əl çantasına 51 AZN alaraq gündəmə gəlmişdi, Buta Airways bu hərəkəti ölkədə və ölkədən kənarda böyük səs-küylü gülüs hədəfinə gəlmişdi.

Mövzu ilə bağlı adı çekilən qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq!

AZƏRBAYCANREALLIĞI.COM

 

Bizimlə əlaqə saxlayın