3 övlad anası fəryad etdi: "İntihar həddindəyəm" - VIDEO

14, 07, 18
15:18

3 övlad anası fəryad etdi: "İntihar həddindəyəm" - VIDEO

Azerbaycanrealligi.com-a xəbər verir ki, Qazax rayonunda yaşayan üç uşaq anası Röyalə Əzimova adlı bir vətəndaş haqsızlığa uğradığından sayta onun barəsində məlumat paylaşmağı xahiş etmişdir: "Rayonda işə düzəlmək üçün Qazax Rayon Mənzil İstismar Birliyinin (komxoz) idarəsinə getdim. İdarə müdiri Arif Heydərov məni ayına 122 manat gəliri olan işə götürdü. Bir neçə gün sonra məndən hədiyyə olaraq gümüş üzük istədi. 100 manata hədiyyə üzük aldım işə götürülməyim qarşılığında. Sonra mənə bir aylıq işim üçün cəmi 70 manat verib işdən azad etdi. Bu şəxs hər kəsə qarşı belə edir. Üç uşağımı saxlaya bilmirəm. Mehriban Əliyeva və İlham Əliyevdən iş üçün kömək istəyirəm. Əks halda, özümü gedib Prezident Administrasiyası qarşısında yandıracağam".


Daha ətraflı aşağıdakı video materialda tanış ola bilərsiniz. 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın