Əmək Müfəttişliyi nə üçün 17 min işçisi olan “Veysəloğlu” Şirkətlər Qrupunda yoxlamalar aparmır? - VİDEO

18, 12, 21
11:00

Əmək Müfəttişliyi nə üçün 17 min işçisi olan “Veysəloğlu” Şirkətlər Qrupunda yoxlamalar aparmır? - VİDEO


Şirkət rəhbərliyi media ilə problemlərini “fiziki yolla”  həll etməyə çalışır ? 

Elmi-texniki  tərəqqi özü ilə  bərabər xeyli problemlər də gətirir. Daha doğrusu, yaxşı məqsədlər üçün nəzərdə  tutulmuş  vasitələrdən kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə edir. 

Təkcə,  son 15-20 ildə  sosial şəbəkələrin insanlar üçün yaratdığı problemləri göz önünə gətirin. 

İnsanlar bir-birini  sosial şəbəkələrdə necə şantaj edir, bir-biri barəsində necə kompramat toplayır və  daha nələr. 

Elmi-texniki vasitələr  bəzi məmurlar, iş adamları, biznesmenlər üçün  əla  fürsət, vasitə olub. 

Biz görmüşdük ki, kimsə onun barəsində  yazılan məqalə ilə bağlı təkzib tələb edər, ən pis halda məhkəməyə müraciət edib  hüquqi müstəvidə problemin həllini istəyər. 

Düzdür,  son illər ərzində  “fiziki yolla”  problemi çözməyə çalışan  məmur-biznesmen nümunələrini də görmüşük. 

Ancaq  məmurun, yaxud biznesmenin media ilə  problemini çözməsi üçün xaker  hücumlarından istifadə etməsi, yaxud “atak”  təşkil etməsi, bir sözlə, kiber hücumlar  son illərin acı nümunəsidir. 

Amma istəsək də, istəməsək də  bu mövcuddur. 

Tez-tez  imkanlı şəxslərin  media orqanlarına qarşı  bu cür hücumlarının şahidi oluruq. 

Bu bəlkə də çoxlarına  adi məsələ kimi gələ bilər. Amma...

Əmması odur ki, media orqanı informasiya vasitəsidir. Və informasiya təhlükəsizliyi  milli təhlükəsizliyin  çox vacib komponentidir. 
Başa düşdünüzmü, cənablar, söhbət nədən gedir?

Milli təhlükəsizlikdən. 

Əgər qarşı tərəf  belə bir yola əl atırsa, biz necə qarantiya verə bilərik ki, sabah kimlərsə  bizim  internet mediaya bizdən xəbərsiz  hansısa dövlət əleyhinə olan informasiyanı  yerləşdirməyəcək. Yəni məsələ çox ciddidir.

Və biz istəyərdik ki, dövlətin müvafiq qurumları bu məsələni nəzarətə götürsünlər. 

Və bütün media-məmur-biznesmen  problemləri öz həllini  hüquqi müstəvidə tapsın. 

Ölkəmiz demokratik, hüquqi, sivil dövlətdir, burada cəngəllik qaydaları işləyə bilməz. 

Sözün qısası,  xeyli müddətdir,  “Veysəloğlu” şirkəti, onun “Araz”, “Oba”  marketlərində baş verən  neqativ hallar, vaxtı keçmiş  məhsulların satışı, vergidən yayınma ilə bağlı məqalələr dərc edirik. Və hər dəfə də  bildiririk ki, bizim şirkətin  rəhbərliyinin personası, şəxsiyyəti ilə işimiz yoxdur, heç bizə maraqlı da deyil. 

Biz  Vergilər Nazirliyinin şirkətə qarşı açdığı  2 milyonluq maliyyə sanksiyasından bəhs edirik və qarşı tərəfdən cavab gözləyirik. 

Bu sanksiyanı biz tətbiq etməmişik, dövlət qurumu tətbiq edib. Bunu  yazmaq məgər  olmaz?
 
Biz yazırıq ki, şirkətin “Ulduz”  şokolad  məhsulunun içindən “qurd”  çıxıb. Bunu yazmaq olmaz?

Biz yazırıq ki,  “Veysəloğlu”  Şirkətlər Qrupunda rəhbər şəxslərə  30-35 min manat maaş verilir, görəsən dövlətə nə qədər vergi ödənilir. Bunları yazmaq  nə vaxtdan yolverilməz hesab olunur?

Bəlkə, Veysəloğlu, yenidən ölkə mediasına  SENZURA tətbiq etmək istəyir? 

Biz yazırıq ki,  Əmək Müfəttişliyi nə üçün  17 min işçisi olan  “Veysəloğlu”  Şirkətlər Qrupunda yoxlamalar aparmır?

Nə üçün şirkət işə götürəndə adamların yaş fərqinə bu qədər önəm verir? 

Biz yazırıq ki, şirkətin filial müdirlərinin əksəriyyəti  niyə ali təhsili olmayanlardır? 

Biz şirkət rəhbərliyindən soruşuruq ki,  sizdə “qara mühasibatlıq”  varmı? 

Biz şirkətin rəhbərliyindən soruşuruq ki, niyə son 4-5 ayda qiymətləri bu qədər  süni şəkildə bahalaşdırırsınız? 

Axı,  dövlət rəhbəri də tələb edir ki, qiymətləri  süni şəkildə bahalaşdırmayın...

Bu suallar dövlət və cəmiyyət üçün də mühüm əhəmiyyət kəsb edir. 

Bunları yazmaq  və ictimailəşdirmək olmazmı? 

Biz  şirkət rəhbərliyindən soruşuruq ki, 10 manatlıq  ətdən 1 kilosu  6 manata kolbasanı necə  düzəldirsiniz? 

Bunun sirrini deyin. 


Bütün bunların qarşılığında isə  “Veysəloğlu”  şirkətlər Qrupunun rəhbərliyi sivil qaydada öz mövqeyini açıqlamaq, lap təkzib tələb etmək, yaxud məhkəməyə müraciət etmək əvəzinə “trolları”  vasitəsilə  sosial şəbəkədə bizi təhdid edir, hətta...

Bəli, yazının girişində  bəzi imkanlı şəxslərin, biznesmenlərin, məmurların  internet mediaya  kiber hücumlarından, “ataklar”dan əbəs yerə yazmadıq. 

Son günlər  “Gündəlik-Bakı”ya olan  xaker hücumları, DDOS   “ataklar”   və digər  vasitələr  bizi yolumuzdan  döndərə bilməz. 

Və  “Veysəloğlu”  Şirkətlər Qrupunun rəhbərliyinə xəbərdarlıq edirik ki, probleminizi sivil yolla çözməyə çalışın. Bizim sizinlə şəxsi müstəvidə  problemimiz yoxdur. 

Əgər  “Veysəloğlu”nun  belə texniki imkanları varsa, icazə verin şübhələnək ki,  sosial şəbəkədə  hökümətə qarşı kiber hücumları da siz  təşkil edirsiniz...

P.S Hörmətli "Veysəloğlu" Şirkətlər Qrupunun rəhbəri, nəzərinizə çatdıraq ki, sizin o qədər pul xərcləyib saytımıza etdirdiyiniz kiber hücumun qarşısını cəmi 3 dəqiqə vaxta və 20 dollar pul xərcləyərək həll etdik. Yadınızdan çıxartmayın ki, bizimlə bu cür mübarizə aparmaq qeyri mümkündür. (Gundelik-baku.com)


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın