Rusların bir ayağı niyə Ermənistanda qalıb? - Deputat səbəbini açıqladı

23, 12, 21
13:00

Rusların bir ayağı niyə Ermənistanda qalıb? - Deputat səbəbini açıqladı


Rusiya Baş nazirinin müavini Aleksey Overçukun İrəvana səfəri siyasi şərhçilər tərəfindən maraqlı spekulyasiyalarla qarşılanıb. Politoloqların fikrincə, Rusiya, artıq iki ölkə arasında olan kommunikasiyaların bərpası prosesini tezliklə həyata keçirməyə meyllidir.

Aleksey Overçukun Ermənistana səfərini necə qiymətləndirmək olar?

Bu səfər çərçivəsində sərhədlərin təyin olunması və kommunikasiyaların bərpası prosesində hansısa yeniliklər ola bilər?

Milli Məclisinin insan hüquqları komitəsinin üzvü, millət vəkili Bəhruz Məhərrəmov deyib ki, ümumiyyətlə, son bir ayda biz Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinə doğru müsbət hərəkətlənmə hiss etməkdəyik:

“Bunun da bir neçə səbəbi var. İlk olaraq, bu, 44 günlük müharibədən sonrakı dövr ərzində  Azərbaycan Prezidentinin yaratdığı yeni reallığı daha da möhkəmləndirərək, Ermənistanı çıxılmaz duruma salması ilə bağlıdır. Artıq Ermənistan faktiki olaraq ümidsizdir və sülhdən başqa xilas yolu olmadığını qəbul etməyə başlayıb. Düzdür, revanşist meyllər var, lakin Azərbaycanın gücü qarşısında bu həlledici amil deyil. 

İkincisi, Azərbaycan Cənubi Qafqazda sülh məsələsini təkqütblü maraq dairəsindən bəşəri problem müstəvisinə qaldırmağı bacardı. Cənab İlham Əliyevin çox ustalıqla etdiyi diplomatik gedişlər Qərb və Rusiya arasında Cənubu Qafqazda siyasi təsir uğrunda rəqabəti, Cənubi Qafqazda sülhə nail olmaq uğrunda rəqabətə çevirməklə ciddi üstünlüyə nail oldu”.

Siyasətçi onu da vurğulayıb ki, Bakının güclənən mövqeyi İrəvanın bütün hərəkət imkanlarını məhdudlaşdırdı:

“Rusiya rəhbərliyinin gözlənilmədən Soçi görüşünü təşkil etməsi, ardınca Brüssel təmaslarından tutmuş, müharibə dövründə ən radikal və ən ədalətsiz mövqe tutan Fransa prezidenti Emmanuel Makronun Azərbaycanca tvitinə qədər, hər bir proses Bakının siyasi üstünlüyünü daha da artırdı. Əlbəttə, bu ümumi siyasi proseslərin gedişinin təbii axarı deyil. Bu cənab İlham Əliyevin səylərinin və diplomatik məharətinin nəticəsində ortaya çıxan mənzərədir.

Prezident İlham Əliyev milli maraqlarımızın əhatələndiyi, məsələləri elə formatda qoyub ki, İrəvanın ya təcavüzkar mövqe tutduğunu etiraf etmək, ya da beynəlxalq hüquqa riayət etməklə Azərbaycanın şərtlərinə əməl etməkdən başqa çıxış yolu qalmayıb. “

“Bu mənada qarşılıqlı səfərlərin təşkilindən narahatlıq keçirməyə ehtiyac yoxdur, nəzərə almalıyıq ki, 10 noyabr, 11 yanvar və 26 noyabr Soçi bəyanatında təmin olunmuş maraqlarımıza münasibətdə Rusiya qarantor rola malikdir və eyni zamanda rəsmi Moskva özü də bu məsələdə maraqlıdır”, - deyə B. Məhərrəmov yekunlaşdırıb.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın