Sosial Müdafiə Nazirliyinin Masallı rayon şöbəsinin müdiri Zamin Əliyev Masallı camatına zülm edir - Sahil Babayev hara baxır?

05, 01, 22
12:00

Sosial Müdafiə Nazirliyinin Masallı rayon şöbəsinin müdiri Zamin Əliyev Masallı camatına zülm edir - Sahil Babayev hara baxır?


Sosial Müdafiə Nazirliyinin Masalı  rayon şöbəsinin müdiri Zamin Əliyev, Masallıların sosial yardımın niyə kəsir? Masallı camatına niyə zülm edir?  

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Masallı rayon şöbəsinin müdiri Zamin Əliyev Masallı  cammatına zülm edir, artıq bir ildir ki, Masallıda müdir kreslosuna oturan Zamin Əliyev  istədiyini edir. Qəbula gələn vətəndaşları qaziləri incidir, dərdini danışan vətəndaşa isə,  bizlik deyil get hara şikayət edirsənsə, et deyir.  Müdir Zamin Əliyev daha sonra  ondan haqlı  şikayət edən vətəndaşlının işinə bir yol tapıp birdəfəlik xitam verdirir,   öz işini isə  ona  "krişalıq"  edən adamların sayəsində həll etdirir. Sosial Müdafiə Naziri Sahil Babayev olanda  ƏƏSMN-nin Masallı şöbəsinin müdiri Zamin Əliyevdə belə olar bu gün hər hansı bir media –mətbuat organı  Zamin Əliyevdən  haqlı olaraq  məqalə saytda dərc etsə,  Zamin Əliyevin krişaları tez həmin xəbər saytından məqaləni çıxartırmaq üçün əllərindən gələni edir.  Çox maraqlıdır ki, Zamin Əliyev Masallılara niyə zülm edir?  buna bir dur deyən olacaqmı? 

təbiki olacaq səsimizi eşidən olsa ƏƏSMN-nin Masallı şöbəsində  ciddi araşdırmalar başlanılsa, onda görərsiniz ki,   necə saxtakarlıqlar baş verir.  Qeyd etmək istəyirəm ki,  Sahil Babayev ilə  Zamin Əliyev “isbat” edib ki, Masallıdan olan 11 yaşlı  anadangəlmə Tubulopatiya , yəni “süngərvari böyrək” (hər iki böyrək) diaqnozlu uşağı müalicə ilə sağaltmaq mümkündür. Tək çarəsi də pensiyanın kəsilməsidir. Zamin Əliyev belə də edib.  Xatırlatmaq istəyirəm ki,  Zamin Əliyev Masallıda müdir kreslosuna əyləşən kimi təcili olaraq qeyri-rəsmi toplantı keçirdib  “səriştəli” əməkdaşlarına pul qazanmağın yollarını və təlimatlarını verib. Zamin Əliyev onlarla söhbətində razılaşdırıb ki, hər bir işçi 5 sosial yardım məsələsini reallaşdırmaq gücünə malikdir. Bildirmişdir ki,  nə köməklik lazım olsa özüm edəcəm.   

 Zamin Əliyev

Ona görə iş bölgüsü aparılsın, iki işin mənfəəti əməkdaşların, üç iş rəhbərliyin cibinə getsin. Zamin Əliyev iclasda şüarı da “Az qazan, həmişə qazan!” devizi olub. Bu plan üzrə işlər icra olunmaqdadır və ƏƏSMN-nin Masallı şöbəsinin əməkdaşları özərini rayonda çinovnik kimi aparırlar. Onlar ayrı-ayrı vətəndaşların həyətlərinə daxil olur, toyuq hinlərində, mal tövləsində “reyd” keçirirlər. “Həyətlərə dəstə ilə girib insanları qorxudurlar. Evlərə cumurlar, həyətlərdə vahimə yaradırlar. Mədəniyyətləri yoxdur. Hər bir razılaşmış vətəndaşdan 6-7ayın pulunu alırlar. Ayda 300-350 min manat pul qazanırlar. Sənədləri düz olan vətəndaşlara  Zamin Əliyev nazirlikdə olan adamının əli ilə imtina verdirir. Hər dəfə bir şeyi bəhanə edir   axırda da  vətəndaşı  təhqir edib yola salırlar. 

Müdir Əliyev Zamin deyir ki, mənim arxam çox möhkəmdir”, -kim necə bilir getsin yazsın, şikayət etsin,  heç kim mənə heçnə edə bilməz.   Qeyd etmək istəyirəm ki, yerli şöbədə Kazım adlı məmur bütün sistemi əlində saxlayır və Zamin Əliyevin hesab-kitablarını aparır: “O, tapşırılmış işləri qəbul edir, tapşırılmayan düzgün işlərə imtina vurur. Min bir bəhanə mesajı göndərir. Əsas mesaj “kommunal xərclərin bəyan edilməməsi” olur. Axı kasıb ailə 2 manat işıq, 5-10 manatlıq qaz istifadə edir. Hansı kommunal xərcdən danışır?

Sahil Babayev

Ümumiyyətlə, Zamin Əliyev öz “dəstəsi” ilə necə lazımdır Masallı və Yardımlı rayonlarında “fırlanır”. Etibarlı mənbələrdən aldığımız məlumata  görə,  Zamin Əliyev “qaz vurub, qazan doldurur” Yardımlıda onlarla iaşə obyekti var: “Mağaza, kafe, restoran, Bakıda çoxlu sayda evlər...Bunları hansı pulla alıb? siz bilmirsiz mən deyim vətandaşın Masallıların pulu ilə alıb Nazirliyin Masallı və Yardımlı şöbələrini özəlləşdirib, özü demişkən arxası çox möhkəmdir. Sahil Babayevin baş verənlərdən xəbəri varmı? deyərdim amma bəli xəbəri var ki,  Zamin Əliyev  bu cür saxtakarlıqlar edib vətəndaşları öz qoçu işçiləri ilə təhqir edib incidirlər. Zamin Əliyev yalnız Heydər Əliyev fondu tərəfindən verilən yardımların yarısını mənimsəyir  bir -ikisini  götürüb Yardımlıda  öz qohum əqrablarına verib,  şəkil çəkdirib sosialşəbəkələrdə özünü təriflətdirir.  

Burdan Azərbaycan Respulkiasının Prezdenti İlham Əliyevə Azərbaycan Respublikasının Baş prokuroru  Kamran Əliyevə Daxili İşlər Naziri Vilayət Eyvazova Masallılar adından müraciət edirəm xahiş edirəm ki,  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Masalı rayon şöbəsinin müdiri Zamin Əliyev haqqında tədbir görülsün. (Cənubunsəsi.az)  

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın