Polisi qətlə yetirən Rəşad Böyükkişiyev qumbara istifafə etməyə çalışarkən məhv edilib - açıqlama

15, 07, 18
20:52

Polisi qətlə yetirən Rəşad Böyükkişiyev qumbara istifafə etməyə çalışarkən məhv edilib - açıqlama

Polisi qətlə yetirən Rəşad Böyükkişiyev qumbara istifafə etməyə çalışarkən məhv edilib - açıqlama


Musavat.com -a Daxili İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.
Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifafə etməyə cəhd göstərərkən DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi – “Aslanlar” tərəfindən məhv edilib.
Məlumatda bildirilir ki, R.Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbsdə olub, həbs müddəti bitdikdən sonra isə Rusiya Federasiyasına gedib.
Musavat.com

Bizimlə əlaqə saxlayın