yuxarı
Hava nə vaxtadək belə olacaq? - Açıqlama
17, 01, 22
11:00
Hava nə vaxtadək belə olacaq? - Açıqlama
Bu gün axşama doğru yağıntılar tədricən kəsiləcək.
"Azərbaycan Reallığın" məumatına görə, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
G.Məmmədovanın sözlərinə görə, əsasən cənub və şərq rayonlarında yağıntılı hava şəraiti qeydə alınıb, sulu qar, qar yağıb.
"Belə hava şəraiti bu gün ərzində davam edəcək. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi müşahidə olunur.
Havanın temperaturunun günorta saatlarında 2-4 dərəcədən yüksək olacağı gözlənilmir. Yanvarın 18-də paytaxtda və digər bölgələrdə yağıntısız hava şəraiti müşahidə olunacaq ", - deyə o bildirib.
AZƏRBAYCANREALLIĞI.COM
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək