Kəmaləddin Heydərovun işçisinin adı DƏLƏDUZLUQDA HALLANIR - İTTİHAM

19, 01, 22
16:00

Kəmaləddin Heydərovun işçisinin adı DƏLƏDUZLUQDA HALLANIR - İTTİHAM


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü mütərəqqi siyasətin bir hissəsi olaraq ölkəmizdə baş verən müxtəlif təbii və texnogen xarakterli fövqəladə hadisələrdən zərər çəkən vətəndaşların sağlamlığına və mülkiyyətinə dəyən ziyanın aradan qaldırılması ilə bağlı yüksək səviyyədə dövlət dəstəyi göstərilir.

Son illər ardıcıl olaraq göstərilən bu dəstəyin reallaşdırılması üçün çevik mexanizm formalaşdırlmışdır. Göstərilənlərlə yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən ayrı-ayrı şəxslər tərəfindən sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Belə ki, özünü Fövqəladə Hallar Nazirliyinin məsul işçisi Talıbova Həcər Cavanşir qızı kimi təqdim edən şəxs tərəfindən aldadılmış vətəndaş aktualxeber.az-a üz tutaraq pozulmuş hüquqlarının bərpa edilməsi və onun ailəsinə dəyən maddi ziyanın ödənilməsinə bu faktın ictimailəşdirilərək kömək etməyimizi istəmişdir. Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Abşeron rayon Masazır qəsəbə sakini, təqaüdçü, Ağsaqallar Şurasının üzvü Məmmədov Abasqulu Məhəmməd oğlu müraciətində iddia edir ki, FHN-n mərkəzi aparatında işləyən yuxarıda adını çəkdiyimiz xanım əməkdaş onların etibarından sui-istifadə edərək ailələrinə məxsus 118 min manatlarını mənimsəmişdir. Bu pulun verilməsindən Həcər xanımın rəfiqəsi Lalə, anası Elmira, atası Cavanşır də məlumatlı olmuşlar və bunları təsdiq edən səs yazıları da var.

Həmin vaxtdan bu günə qədər pulu geri istəyəndə H.Talıbova müxtəlif bəhanələr gətirməyə başlayıbdır. O, gah İsmayıllıda yerləşən bağ evlərini, gah da şəhərin mərkəzində yerləşən mənzillərini satıb pulu qaytaracağını vəd edərək yalanlar danışmağa başlamışdır. Şikayətçi iddia edir ki, onlardan aldığı pulla Nigar özünə mənzil almışdır və indi onu satıb pullarını qaytarmaq istəmir. Ümidvarıq ki, bu yazımızdan sonra Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi onlrın əməkdaşından zərər çəkən vətəndaşın hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində ən ciddi tədbirlər həyata keçirəcəkdir.

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
(aktualxeber.az) 

AZƏRBAYCANREAIĞI.COM

Bizimlə əlaqə saxlayın