İlham Əliyev Zelenskiyə zəng etdi

26, 01, 22
19:30

İlham Əliyev Zelenskiyə zəng etdi


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.

Dövlətimizin başçısı Ukrayna Prezidentini ad günü münasibətilə təbrik edib, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Volodimir Zelenski Prezident İlham Əliyevin bu yaxınlarda ölkəsinə səfərini məmnunluqla xatırladığını qeyd edib. Azərbaycan Prezidenti səfər çərçivəsində göstərilən qonaqpərvərliyə görə Ukraynanın dövlət başçısına təşəkkür edib.

Telefon söhbəti zamanı gələcək ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın