Emin "444"ün qətlinin gizli qalan məqamları üzə çıxdı - VİDEO

27, 01, 22
10:00

Emin "444"ün qətlinin gizli qalan məqamları üzə çıxdı - VİDEO


Bir neçə il bundan öncə 78 bıçaq zərbəsi ilə qətlə yetirilən Emin 444 kimi tanınan Emin Səfərovun ölümü ilə bağlı anası Məlahət Səfərova və onun hüquqlarını etibarnamə ilə müdafiə edən hüquqşunas Mübariz Məsimoğlu ölkədə ən baxımlı və izlənilən Youtube kanalı olan Hüriyyət.tv canlı yayıma çıxaraq baş vermiş səs-küylü cinayət işi barədə izləyicilərə geniş açıqlama vermişdilər.

Onlar bu işdə əsas səbəbkarlardan biri Zaur Yusifovun olduğun iddia edərək həmişəki fikirlərində dayanıblar. Qəyd edək ki, səs küylü cinayət işi ilə bağlı 2 nəfər istintaqa cəlb olunmuşdu. Zaur Yusifov və Həsən Tağıyev ittihamçı prakuror hər iki şəxsin 20 il azadlıqdan məhrum edilməsi cəzasın istəməyinə baxmayaraq onlardan yalnız Həsən Tağıyevə 18 il həbs verilərək Zaur Yusifov müəmmalı şəkildə bəraət alaraq məhkəmə zalından Azadlıq buraxılmışdır.

Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə razılaşmayan iş üzrə zərərçəkmiş kimi tanınan Emil Səfərovun anası Bakı Apellyasiyyası məhkəməsinə qərardan şikayət edərək Zaur Yusifovun cəzalandırılmasını istəyirlər. Daha sonra verilən qərarla razlaşmayan prakrorluqda apellyasiya məhkəməsinə Zaur Yusifovun cəzalandırılma protesti vermişdir.

Hal-hazırda proses Bakı Apellyasiya məhkəməsində davam etdirilir. Amma bir neçə proses təyin olunsa da demək olar ki, heç bir proses baş tutmayıb, keçən proseslərin birində məhkəmə iş matreallarının pratakollarına düzəliş etmək üçün işi Bakı Ağır cinayətlər məhkəməsinə göndərmişdir, sözü gedən vəsadət təmin olunaraq Ağır Cinayətlər məhkəməsində pratakollara düzəliş olunaraq iş yendən ora göndərilib.

Emin Səfərov

Növbəti məhkəmələrin birində Emin Səfərovun anası Məlahət Səfərovanın qatilin əsas səbəbkarlarından biri olduğun idda edən Zaur Yusifov məhkəməyə tibbi sənəd göndərərək sağlamlığı ilə bağlı əməliyyat olunduğun bildirmiş, o üzdən də məhkəmə prosesi yenidən təxirə salınaraq baxılması 28 yanvar saat 12:00-a təyin edilib. 

Azərbaycan Reallığı" xəbər verir ki, yenidən video-çıxış edən Emin Səfərovun anası Məlahət Səfərova və Mübariz Məsimoğlu işdə hələki yenilik olmadığını bildirərək işin mahiyyəti üzrə çıxışlar ediblər, hər iki tərəf hələ ki, apellyasiya məhkəməsinin gedişatından bir söz deyə bilməyəcəklərini bildiriblər. 

Zaur Yusifov

Qeyd edək ki, cinayət işinin baxılması hakim Habil Məmmədovun kolegiya nəzarətindədir. Emil Səfərovun anası oğlunun qatilinin Zaur Yusifov və onun ailə üzvüləri olduğun deyərək dövlət qurumları, başda isə ölkə başçısı cənab prezident İlham Əliyev olmaqla hər kəsdən kömək istəyib. 

Video çıxışı təqdim edirik


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın