Emin "444"-ü qətlə yetirənlərin məhkəməsi keçirildi: Zaur Yusifov məhkəməyə qoçu dəstələrlə gəlir?

29, 01, 22
10:00

Emin "444"-ü qətlə yetirənlərin məhkəməsi keçirildi: Zaur Yusifov məhkəməyə qoçu dəstələrlə gəlir?


28 Yanvar Bakı Apellyasiya Məhkəməsində  Emin 444 kimi tanınan Emin Səfərovun qətlə yetirilməsi ilə bağlı zərərçekən kimi tanınan onun anası Məlahət Səfərovanın və prakurorun verdiyi protestə baxılmışdır. Prosesə hakim Habil Məmmədovun sədirliyi ilə cinayət kolegiyası baxır, proses başlamamışdan öncə jurnalistlər məhkəmə nəzarətçiləri tərəfindən qediyyatdan keçsələrdə məhkəmə zalına buraxılmayıblar, saat 12:00 təyin edilən proses vaxtından bir neçə dəqiqə gec başlayıb. Təxminən 20 dəqiqə keçən məhkəmənin hazırlıq iclasında hakim zərərçekənlərin vərdiyi vəsadətləri təmin edib və elan olunub ki, növbəti prosesdən məhkəmə işə istintaqla baxacaq, növbəti məhkəmə prosesi Fevral aynın 7-nə təyin olnub.

Məlahət Səfərova

Məhkəmə prosesi bitdikdən sonra Məhkəmə binası qarşsında jurnalistlərə açıqlama verən Emin Səfərovun anası Məlahət Səfərova və onun hüquqlarını etibarnamə ilə müdafiə edən hüquqşünas Mübariz Məsimoğlu bildiriblər ki, məhkəmənin gedişindən hələki narazılıqları yoxdur. Yanı işə baxan hakim və məhkəmə kolegiyası hələ ki, heç bir qaydanı pozmur. Amma məhkəmə zalında bir çox qayda pozuntuları olur, belə ki, iş üzrə həbs olunaraq 18 il həbs cəzası alan Həsən Tağıyevlə Bəraət almış Zaur Yusifovun sərbəst danşılmağına Ədliyyə nazirliyinin pentesenar əməkdaşları açıq-aşkar şərait yaradır, bu da qanun pozuntsdur və məhkəmə prosesinə əngələr yarada bilər. Hüquqşünas Mübariz Məsimoğlu bildirir ki, bununla bağlı növbəti məhkəməyə kimi Ədliyə Naziri cənab Fikrət Məmmədova və Pentesenar xidmətinin rəisi Ceyhun Həsənova şikayət müraciəti göndərəcəklər. 

Mübariz Məsimoğlu

Daha sonra Emin Səfərovun anası Məlahət Səfərova bildirir ki, Zaur Yusifov məhkəmə zalına xususi idmançı qoçu dəstələrlə gəlir. Ona replikalar atırlar, məhkəmə zalında gərginlik yaradıllar, bunlarda hamsı məhkəməyə nəzarət edən məhkəmə nəzarətçilərin gözü qarşsında olur, amma onlar da buna baxıb susurlar. Necə olur onlar məhkənə zalına sərbəst buraxıllar amma məhkəməyə gələn digər jurnalistləri yox deyə? -Məlahət Səfərova bildirib. 

Emin Səfərov (444)

Daha sonra Məlahət Səfərova çıxışı zamanı tək və çarəsiz qadın olduğunu bildirərək Ölkə başçsı və onun xanımından kömək istəyib:

"mənim ədalətli pirezdentim var, ona güvənirəm, onun xanımına güvənirəm, inanıram səsimə səs verəcəklər, bu qanı Apeliyasıya məhkəməsində örtbasdır edəcəklərinə imkan verməyəcəklər, Habil Məmmədovu da çox ədalətli hakim kimi tanıyıram, inanıram, Habil Müəllim də Ədalətli qərar çıxaracaq - deyə Məlahət Səfərova sonda bildirib.

 Zaur Yusifov 

"Azərbaycan Reallığı" adı çəkilən qarşı tərəfindən mövqeyin işığlandırmağa hazırdır. 

AZƏRBAYCANREALLIĞI.COM



Bizimlə əlaqə saxlayın