Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib

05, 02, 22
16:00

Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib


Türkiyə Böyük Millət Məclisi (TBMM) Şuşa Bəyannaməsini təsdiqləyib.

Bu barədə Türkiyə mətbuatı xəbər verib.

Bəyannamə TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək qiymətləndirilib, zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim edilib.

Bəyannamənin təsdiqi ilə bağlı qanun layihəsinin lehinə 266 deputat, əleyhinə isə 11 deputat səs verib.

Azərbaycan parlamenti fevralın 1-də Şuşa Bəyannaməsini təsdiqləyib.

Qeyd edək ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın