Deputat jurnalistləri təhqir etdi: Cəsusluq, donosçuluq, kimi şərəfsiz vəzifələri öz üzərlərinə götürüblər

06, 02, 22
10:00

Deputat jurnalistləri təhqir etdi: Cəsusluq, donosçuluq, kimi şərəfsiz vəzifələri öz üzərlərinə götürüblər


Deputat Cavanşir Feyziyev onun Böyük Britaniyada üzərinə həbs qoyulan pulları haqda yazan jurnalistləri, media qurumlarını təhqir edib.

“Azərbaycan Realığı" xəbər verir ki, bu haqda yaydığı açıqlamada aşağılayıcı ifadələrdən və təhqirlərdən istifadə edib. Deputat səslənən ittihamlara cavab verməkdənsə, bu haqda yazanları hədəfə alıb. Eyni zamanda üzərinə həbs qoyulan 5 milyon funt sterlinqin də onun şəxsi qazancı olduğunu iddia edib.

Deputat hadisə ilə bağlı Əli Kərimli, Qubad İbadoğlu, Cəmil Həsənli, Arif Məmmədov, Bəxtiyar Hacıyev, Tofiq Yaqublu, Aslan İsmayılov, İlqar Məmmədovu ittiham edib. 

Daha sonra bəyanatda jurnalist və bloggerləri hədəfə alıb. Deputatın öz lüğətindəki təhqir ifadələrindən necə gen-bol istifadə etməsini oxucuların da şahid olması üçün aşağıdakı sitatları təqdim edirik: 

“... və sairləri də yaxşı yaşamaq üçün vicdanlı əməyi yox, cəsusluq, donosçuluq, sabotajçılıq və böhtançılıq kimi şərəfsiz vəzifələri öz üzərlərinə götürüblər.

Digər bir qismi isə gündəlik həyatda hamımızın tez-tez rastlaşdığımız adi dələduzlardır. Bunlar ölkəmizdə İnformasiya texnologiyalarının geniş yayılması və dövlətin onlara verdiyi sərhədsiz azadlığın bəhrəsindən ilk növbədə öz çirkin məqsədləri üçün yararlanırlar. Hərəsi bir smartfonda sayt idarə edən və ya özünə Youtube kanalı açan bu psevdo-jurnalistlər yüksək vəzifəli dövlət məmurları və deputatlarla yanaşı həm də imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlərdir.

Bu siyahıya tüfeyliliklə məşğul olan, cibgirlik, oğurluq, reketçilik, şər-böhtan və s. üstündə həbsdə yatıb-çıxmış ... (xeyli sayda jurnalistin adını çəkir) kimi stajlı dələduzlarla yanaşı bu yolda hələ kövrək addımlarını atan və hələ Kürdəxanı “ziyarətinə” gedib çata bilməmiş ... (yenə də adlar) kimi çoxsaylı nisbətən gənc dələduzlar da daxildir”.

AZƏRBAYCANREALIĞI.COM

Bizimlə əlaqə saxlayın