Sahil Babayev Kəmaləddin Heydərovun yerinə GƏTİRİLİR

09, 02, 22
16:30

Sahil Babayev Kəmaləddin Heydərovun yerinə GƏTİRİLİR


Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.
 
"Azərbaycan Reallığı" "Report"a istinadən məlumat verir ki, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.
 
S.Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.
 
Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın