Xalq Xocalı qurbanlarını anır: “Ana harayı” abidəsinin önündən - FOTOLAR

26, 02, 22
18:00

Xalq Xocalı qurbanlarını anır: “Ana harayı” abidəsinin önündən - FOTOLAR


Bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 30-cu ildönümü tamam olur.

Münaqişədən əvvəl Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda 7000-dən çox sakin olub.

Faciə nəticəsində şəhərin 5 379 nəfər sakini zorakılıqla qovuldu. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşicəsinə öldürüldü. 1 275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənistan silahlı qüvvələrinin bu hərəkətləri ailələri parçaladı. 8 ailə tamamilə məhv edildi. 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi.

Bu gün xalq Xocalı faciəsini Bakıda yerləşən “Ana harayı” abidəsini ziyarət edərək anır. Bu abidəni ziyarət edənlər Xocalıda dünyasını dəyişənlərin ruhuna dualar oxuyur, xatirələrini anırlar.

“Ana harayı” abidəsinin önündən bu saatlarda çəkilən fotoları təqdim edirik:
















AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın