Rusiyanın 18 şəhərində müharibə əleyhinə etirazlar keçirildi...-200-dən çox həbs edilən...

03, 04, 22
19:00

Rusiyanın 18 şəhərində müharibə əleyhinə etirazlar keçirildi...-200-dən çox həbs edilən...


Aprelin 2-də Rusiyanın 18 şəhərində  Ukraynadakı müharibəyə etirazlar zamanı azı 214 nəfər saxlanılıb.
 
"Azərbaycan Reallığı" xəbər verir ki,  bu barədə aprelin 3-də səhər saatlarında “OVD-İnfo” hüquq müdafiə layihəsi məlumat verib.
 
Müharibə əleyhinə aksiyaların iştirakçılarının əksəriyyəti Moskvada (80). Sankt-Peterburqda (79) saxlanılıb.
 
Həbslər Novosibirsk (15), Yekaterinburq (12), Kirov (8), Nijni Novqorod, Perm (hər birində üç), Krasnodar, Samara, İrkutsk (hər birində iki),  Kemerovo, Xabarovsk, Omsk, Kursk və Tula (hər birində bir), həmçinin Ufa, Bor, Xantı-Mansiyskdə də baş tutub.
 
Hüquq müdafiəçiləri qeyd edirlər ki, bazar günü saat 8.21-ə olan məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan bəzi şəxslərin yeri məlum deyil.
 
Rusiyanın telegram-kanalları etiraz aksiyalarının bir sıra videolarını dərc edib.  Etirazçılar müharibə əleyhinə aksiyalar üçün əsasən  “Müharibəyə yox” və “Dünyada sülh” yazıları olan plakatlardan istifadə ediblər.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın