Vilayət Eyvazov bu rayonlarda vətəndaşları qəbul edəcək

03, 05, 22
13:30

Vilayət Eyvazov bu rayonlarda vətəndaşları qəbul edəcək


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il may ayının 27-də Quba Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

"Azərbaycan Reallığı" xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 26.05.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın