Hava nə vaxt sabitləşəcək?

08, 05, 22
13:00

Hava nə vaxt sabitləşəcək?


Azərbaycanda hava şəraitinin nisbətən sabitləşməsi mayın 13-də gözlənilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, rayonlarda mayın 9-u və 10-da fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Lakin güclü yağıntılar gözlənilmir.

"Yağıntıların intensivliyi azalıb. Bu gün günün ikinci yarısı və axşama doğru küləyin sürətinin zəifləməsi proqnozlaşdırılır", - deyə xidmət rəisi əlavə edib.

AZƏRBAYCANREALLIĞI.COM   


Bizimlə əlaqə saxlayın