SON DƏQİQƏ! Dəmiryol işçiləri Cavid Qurbanova qarşı ETİRAZ EDİR - VİDEO

16, 05, 22
12:00

SON DƏQİQƏ! Dəmiryol işçiləri Cavid Qurbanova qarşı ETİRAZ EDİR - VİDEO


“Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsir.

"Azərbaycan Reallığı" xəbər verir ki, Bələdçilər ehtiyatı idarəsinin rəisi İlham Hüseynov dəmiryolçuları toplayaraq onların ağ kağıza imza çəkməklərini tələb edib.

Bildirib ki, növbəti aydan onların əmək haqlarının  1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. İ.Hüseynov diqqətə çatdırıb  ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq. 

Qeyd edək ki, hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq öz haqlı etirazlarını bildirirlər. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib. 

Etirazçıların verdiyi məlumatına görə artıq uzun zamandır ki, nə maaşlarını ala bilirlər, nə Cavid Qurbanov onlara kömək etmək istəmir.

"Azərbaycan Reallığı" sözü gedən etiraz aksiyasın video görüntülərin təqdim edir


 AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın