147 il öncə yarandı - HƏLƏ DƏ AYAQDADIR - VƏ YAŞAYACAQ

22, 07, 22
15:00

147 il öncə yarandı - HƏLƏ DƏ AYAQDADIR - VƏ YAŞAYACAQ


Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

147 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

Biz nə "Əkinçi"nin bir dəyər kimi necəliyini vəsf edəcəyik, nə də Milli Mətbuatımızın keçdiyi yoldan bəhs edəcəyik.

Fikrimiz mətbuatın hazırki durumundandır... Azərbaycana - güclü Azərbaycana yaraşmayan durumundan.

Deyirlər ki, bayram günü xoş sözlər deyilər ki, xoş əhvallar formalaşsın.

İllərdir xoş söz deyirik, əhvalımız isə elə eynidir.

Bu səbədən ilk olaraq xoş olmayan halımızı xatırlatdıq. İkinci olaraq isə ümidlərimizi çatdırırıq...

İnanırıq ki, Azərbaycan mətbuatı nəhayətdə millətimizin və dövlətimizin əkindü ciddi gücə çevriləcək, kimlərinsə əlində oyuncağa yox...

"Azərbaycan Reallığı" olaraq bütün mətbuat işçilərinə məşhur "Oyuncaq" filmindəki həmkarımız kimi oyucağa çevrilməyi yox, haqq etdiyimiz söz müstəqilliyini arzu edirik.

BAYRAMINIZ MÜBARƏK....
 

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın