Bir ananın fəryadı - VİDEO

24, 07, 18
15:05

Bir ananın fəryadı - VİDEO

Ana və xəstəlikdən əziyyət çekən övladı
Azerbaycanrealligi.com saytına çıxılmaz vəziyyətdə olan bir ana müraciət etdi. O, xəstə oğlu Hacıyev Sabir barəsində danışaraq xalqımızın xeyirxah, qayğıkeş insanlarına üz tutmaq üçün ona şərait yaratmağımızı istədiyini bildirdi. Dilrubə ananın düşdüyü vəziyyətin ciddiliyini və ona təcili yardım edilməli olduğunu nəzərə alaraq onun video çağırışını geniş auditoriyaya təqdim etməyi özümüzə borc bildik: 

Azərbaycan Reallığı səhifəsinin izləyiciləri. Mənə bu fürsəti verdiyi üçün səhifənin rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. Allah sizdən razı olsun. Sizə müraciət etməkdə məqsədim oğlum Sabirin səhhətiylə bağlıdır. Sabirin 23 yaşı var. Artıq 4 ildir ki, xərçəng xəstəliyi ilə mübarizə aparır. Bakıda 2016-cı ildə Sabirə düzgün diaqnoz qoyulmadı, düzgün müalicə aparılmadı deyə xəstəlik xərçəngə gətirib çıxartdı. Biz onu Rusiyaya apardıq, Sankt-Peterburq şəhərində 31 №-li xəstəxanada “geniş yayılmış şəkildə olan xərçənğə çevrilmiş kron xəstəliyi diaqnozu” qoyuldu.   

Çox acınacaqlı vəziyyətdəydik, evimizi-eşiyimizi, hər şeyimizi satdıq, Sabirin xəstəliyinə xərclədik. Onun hər aylıq müalicəsi 5 min dollar idi, ildə iki dəfə isə 6 min 500 dollar idi, çox ağır iynələr vurulurdu, bahalı iynələr vurulurdu. Noyabr ayına qədər bu müalicə aparıldı. Bir il özümüz müalicə elədik, bir il xeyirxah insanların köməyi ilə müalicə elədik. Hal-hazırda, Sabirin vəziyyəti yaxşı olmadığına görə, həkimlər müraciət etməyimizi xahiş etdilər ki, daha effektli müalicələr üçün müraciət edək, çünki xəstəlik remissiya halına keçmir. O üzdən də həkimlərin məsləhətiylə bir çox dövlətlərə Almaniya, Türkiyə, İzrail, Kanada, İngiltərəyə müraciət eləmişik və bunlardan ancaq İzraildən bu xəstəliyin tam sağalması üçün müsbət cavab gəldi. Bu cavaba görə, bir il ərzində Sabir İzraildə qalmalıdır. Ona mərhələli şəkildə kök hüceyrəsi köçürülməlidir, əməliyyat olunmalıdır. Yəni bunun üçün bizə 160 min dollar məbləğində vəsait lazımdır. Yəni bu məbləğin yarısı olsa, biz Sabirin müalicəsini davam elətdirə bilərik.  

Yardım etmək üçün hesab və əlaqə nömrəsi
Kömək etmək istəyən xeyirxah insanlar Sabirin anası
Dilrubə xanımla əlaqə saxlaya bilərlər. Telefon: (050)8863945 

Mən 4 aya yaxındır ki, Bakı şəhərindəyəm. Dost-tanışlarımızın, qohumların köməyi ilə əlimizdə 20 min dollara qədər vəsait var. Qalan vəsait – 55-57 min dollar lazımdır ki, biz Sabirlə İzrailə gedək, bu müalicəni başlayaq. Yəqin ki, görmüsünüz, Sabir haqqında televiziyalarda müraciət etmişik, neçə aydır, neçə illərdir ki, facebook səhifələrində, sosial şəbəkələrdə müraciət eləyirəm. Hamımız valideynik. Heç kəs heç nədən sığortalanmayıb, heç kəs bilmir ki, sabah başına nə iş gələ bilər. Mənə bu çıxışı etmək çox çətindir. Amma məcburam. Bu fürsətdən istifadə eləyib hamınızdan, imkanlı şəxslərdən acizanə olaraq ana kimi xahiş edirəm ki, mənə oğlumun həyatda qalması üçün kömək edəsiniz. Kömək edin ki, Sabir də hamı kimi adi bir həyat sürsün. Çünki Sabirin həyatı adi deyil, qida traktının yox olmaq səbəbindən insan üçün çox çətindir, acınacaqlı proseslərdən keçirik. Çox xahiş edirəm mənə yardımçı
olun ki, mən bu məbləği toplayıb Sabiri müalicəyə apara bilim. Hamınıza əvvəlcədən minnətdarlığımı bildirirəm. Çox sağ olun. Allah razı olsun. Kim nə kömək eləyibsə indiyə qədər, halal edin. Bundan sonra da dəstəyinizə böyük ehtiyacımız var”.



Daha ətraflı video müsahibədə - VİDEO 


Kömək etmək istəyən xeyirxah insanlar Sabirin anası Dilrubə xanımla əlaqə saxlaya bilərlər. Telefon: (050)8863945 

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın