İran molla rejiminə dəstək verənlər üçün dövlət və millət anlayışı yoxdur! - Düzgün Atalı yazır...

09, 10, 22
10:00

İran molla rejiminə dəstək verənlər üçün dövlət və millət anlayışı yoxdur! - Düzgün Atalı yazır...


Gör nə günlərə qaldıq. Dolanışığı  din-fanitizmidən çıxan mollalar yalan olub, indi bu biznesə cılız təfəkkür sahibi olan, abır-həya bilməyən "ziyalı" və "alim" lər girişiblər. 

Şərəflərini maddiyyata satan manqurtlar din-xurafatı çiçəkləndirməklə məşğuldur. Nəyin bahasına olursa olsun təki ələ pul gəlsin. Bunlar üçün dövlət və millət anlayışı yoxdur. Ona görə də bu yaramazlar pul qazanmaq naminə, teokratik dövlət quruluşuna malik olan iran mollalarına xidmət eməkdən də çəkinmirlər. Belə xidmət milli-mənəvi dəyər adı ilə, din pərdəsi altında edilir.

Sadə siyasətlə məşğul olmayan insanlara da bəllidir ki, iran ölkəmizdə bu sayaq insanların əlilə dünyavi sekulyar dövlət quruluşunu devirib, dini-ideoloji dövlət qurmaq istəyir.

Həmin "ziyalı"larıdır ki, Hz. Əlinin Zülfüqar qılıncını əlinə alıb, əsil ziyalı və alimlərimizi cahillikdə, savadsızlıqda, nadanlıqda suçlayır. Hətta onlar düşmənlərimizə xidmət edən qarahgurçu zümrələrə belə dayaq durmaqdan da çəkinmir.

İran molla rejiminə loyal münasibəti ilə seçilən və hər kəsin tanıdığı, özünü baş ziyalı hesab edən, biri görün nə yazır:

"Düşüncəmə görə, "İran məsələsi və İran ideologiyasına tapınan milyonlarla insan bu sayaq "qılıncdan" keçirilməməlidir. Bu insanların heysiyyəti, bir çoxunun isə inamı və imanı mütləq nəzərə alınmalıdır.  Heç nə göründüyü kimi sadə və bəsit deyil." 

Bu ziyalı açıqca deyir ki, iran idealogiyaslna xidmət edən insanların üstünə getməyin, onların əqidəsinə hörmət edin.

Anlamaq olmur, belə də əqidə olarmı?!

Bəs, dövlət, millət anlayışı harda qalsın?

Biz canımızla, qanımızla, əzab-əziyyətlə qurduğumuz dövləti, qarahgurçu manqurtlaramı qurban verməliyik?!  

Yox, cənablar, biz bunu edə bilmərik!


Hər kəsə bəllidir ki, iran molla rejimi ardıcıl olaraq ölkəmizi təhdid etməklə məşğul olur, ancaq bu kimi ziyalılar nədənsı İrandan ölkəmizə qarşı olan təhdidlərə cavab verməkdən çəkinirlər. Mətbuatı, sosial şəbəkəni izləyirəm, sadə vətəndaşlar daha aktivdir, nəyinki bizim "ziyalı"lar.

Təəssüflər olsun ki, maddiyyatı, qutsal dəyərlərimizdən üstün hesab edən, bəzi  ziyalılarımızın sayı günbə-gün artmaqdadır.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın