Çıqanok: Rusiya İrəvana görə Azərbaycana müdaxilə etsə…

26, 07, 18
15:11

Çıqanok: Rusiya İrəvana görə Azərbaycana müdaxilə etsə…

Azərbaycanın Ordusunun payıza doğru Qarabağ istiqamətində antiterror əməliyyatları keçirəcəyi və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində hərbi addımlar atacağı xəbərləri Ermənistanda narahatlıqla qarşılanır.
Axar.az xəbər verir ki, erməni mediası ictimai narahatlığın aradan qaldırılması üçün bir daha Rusiya amilini gündəmə gətiriblər. Bu dəfə Rusiyanın tanınmış politoloqlarından olan Anatoli Çıqanokun açıqlamasına yer verilib.
Rusiya Hərbi Proqnozlaşdırma Mərkəzinin direktoru politoloq Anatoli Çıqanok Rusiyanın heç bir döyüş istəyi olmadan Ermənistan-Azərbaycan konfliktinə avtomatik olaraq cəlb oluna biləcəyini deyib. Səbəb kimi isə Azərbaycanın Dağlıq Qarabağa “hücumu” (?) zamanı Ermənistanın kənarda qalmayacağı, Ermənistana isə Rusiyanın dəstək olacağını göstərib.
Maraqlıdır ki, Çıqanov və ya Çıqanovun adından istifadə edərək əhalini sakitləşdirmək istəyən müəlliflər yalnız Ermənistan ərazisinə təhlükə yaranacağı halda Rusiyanın müdaxilə etmək hüququ əldə edə biləcəyini unudub. Qarabağ isə Rusiyanın özünün belə Azərbaycanın ərazisi kimi tanıdığı məkandır və Azərbaycan öz ərazisinə hücum etməz, silahlı terrorçulara qarşı antiterror əməliyyatı keçirə bilər.
Çıqanovun daha maraqlı açıqlaması isə Türkiyə ilə bağlıdır. Ekspert bildirib ki, Rusiya və Azərbaycan arasındakı hər hansı qarşıdurma Türkiyəni konflikə daxil edə bilər.
Çıqanovun sözlərinə görə, Rusiya Azərbaycana müdaxilə edəcəyi təqdirdə NATO üzvü olan Türkiyə seyrçi qalmayacaq.

Bizimlə əlaqə saxlayın