TƏCİLİ: Bakıya qar yağır - Yollar buz bağlayacaq

08, 01, 23
13:00

TƏCİLİ: Bakıya qar yağır - Yollar buz bağlayacaq


Səhər saatlarından başlayaraq paytaxt Bakıya qar yağmağa başlayıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, hələlik yerdə qar qalmasa da, yağıntı davam edir.

Bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enərək, gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15 dərəcə şaxta, gündüz 5-8 dərəcə şaxta olacaq. Yollar buz bağlacaq.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 
 

Bizimlə əlaqə saxlayın