Qarabağ separatçıları təşvişdə: “Qarabağlı” davası...

30, 07, 18
13:21

Qarabağ separatçıları təşvişdə: “Qarabağlı” davası...

Qarabağ separatçıları Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı başladılan məhkəmə prosesindən təşvişə düşüb.
Azerbaycanrealligi.com Axar.az-a isitnadən xəbər verir ki, artıq separatçıların deputatı Artur Tovmasyan məsələ ilə bağlı bəyanat yayıb. Tovmasyan Köçəryanla bağlı məhkəmə prosesinin ədalətlə yekunlaşacağına inandığını bildirib:
“Biz 1 mart hadisələrinin doğru araşdırılmasının tərəfdarıyıq. Biz həmçinin prosesin “qarabağlı-ermənistanlı” parçalanmasına gətirib çıxarılmasını istəmirik. Lakin bu cür tendensiya artıq müşahidə edilir. Biz hər kəsi ehtiyalı olmağa çağırırıq. Bizim hazırkı həlledici anda birliyimizi pozmaq haqqımız yoxdur”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın