Sosial şəbəkədə ən çox təhqir olunan şair danışdı: "Emin Ağalarova söz deməyə cəsarətləri çatmır!"

30, 07, 18
21:23

Sosial şəbəkədə ən çox təhqir olunan şair danışdı: "Emin Ağalarova söz deməyə cəsarətləri çatmır!"


Azerbyacanrealligi.com xəbər verir ki, şair Yafəs Türksəs müğənni Zara ilə bağlı verdiyi müshaibəyə öz Facebook profilində aydınllq gətirib. Həmin yazını təqdim edirik:
Mənim Zara barəsində verdiyim iki cümlə açıqlamaya Azərbaycanın müxtəlif əqidəli, dünyagörüşlü adamları təhqiramiz münasibət bildiriblər. Statistik azərbaycanlılar başa düşüləndir. Amma Cəbrayıldanam, cəbrayıllıların adından danışan Vaqif Əlisoyun canfəşanlığı məndə ikrah hissi doğurur. Bu adam 1993-cü ilə qədər cəbhəçi idi. AXCP hakimiyyətdən gedəndən sonra vəzifəli qohumlarının tövsiyyəsi ilə cəbhədaslarını meydanda qoyub qaçdı))) Bu adam anlamır ki, Zaranı Azərbaycana mən gətirməmişəm. Onu gətirənlərə söz deməyə cəsarəti çatmır, gücü 100-cü dərəcəli mövqeyi olan mənə çatır. Bu sözləri eynile Aqil Abbasa da deyirəm. Mənim düşüncəm belədir ki,  Zaranın Azərbaycana gələcəyi anonsunu eşidən kimi bu səs-küy aslanları canlı şəkildə yığışaraq meydanlarda etiraz etməliydilır. Etmədilər. Zara gələndən sonra qəzəblərini mənə yönəltdilər. Mənim fikrim də belədir ki, artık bu gəlibsə, çox təpgi göstərmək yersizdir. Bu millətin yüzüncü problemi də deyil. Milləti əsas hədəflərdən yayındırmayın. Mən millətimin düşməni  deyiləm. Milləti hədəfdən yayındırmayın. Mən, Aqil Abbasdan da, Vaqif Əlisoydan da çox sevirəm Vətənimi. Bunu həyat və fəaliyyətimlə sübut etmişəm.

Bizimlə əlaqə saxlayın