Azərbaycanda yeni "GİVEAWAY" dələduzlarının sayı artmaqda davam edir: Hüquq-mühafizə orqanları hara baxır? - VİDEO

11, 04, 23
13:00

Azərbaycanda yeni "GİVEAWAY" dələduzlarının sayı artmaqda davam edir: Hüquq-mühafizə orqanları hara baxır? - VİDEO


Azərbaycanda "GİVEAWAY" yarışları keçirənlər haqqında bir neçə gün öncə, "Azərbaycan Reallığı" oxucularına məlumat vermişdir. Bu oyun adı ilə dələduzların insanların etibarından sui-istifadə edib kifayət qədər böyük məbləğlər əldə edərək, cəzasız qalmaları görünür kimlərinsə, himayəsi altında həyata keçirilir.

Pullarını geri istəyən şəxslər isə bu dələduzlar tərəfindən şərlənərək müxtəlif şər böhtanlara məruz qalırlar. Bu dələduzlarla bağlı, artıq etiraz edib susmayıb səsin çıxaranlarda var.

İndi sizlərə təqdim edəcəyimiz video görüntülərdə onlardan biridir. Bloger Ümüd Kərimbəyli bildirir ki, sosial şəbəkələrdən son zamanlar belə bir hal dəb halını alıb "İnstagram" "TİKTOK" platformasında  "GİVEAWAY" yarışları var.

Təşkilatçılar ödənişi sponsorlardan alanda, bildirirlər ki, son yerlərimiz qalıb, sabahdan yarış başlayır kimi, vədlər verib ödənişi alırlar. Üstündən bir həftə keçir nə telefona cavab verirlər, nədə ki, mesajlara.

İtib yoxa çıxan dələduzlardan ödənişi geri istəyəndə,bildirirlər ki, narahat olmayın sabahdan başlayırıq insanları cəncələ salırlar. Camaat məcburdu?

Həm pul ödəsin, həmdə sizin yarışların arxasınca düşsün? Bilinmir bu "GİVEAWAY" yarışdır yoxsa dələduzluq yarışı? deyə sonda bloger əlavə edib.


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın