SON DƏQİQƏ! Sərhəddə erməni təxribatı: Düşmən itkilər verir

11, 04, 23
18:00

SON DƏQİQƏ! Sərhəddə erməni təxribatı: Düşmən itkilər verir


Xəbər verdiyimiz kimi, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. 

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Təxribata əl atan Ermənistan tərəfinin itkilər verdiyi deyilir. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, sərhəddə atışma zamanı erməni hərbçiləri arasında ölən və yaralananlar var.

Rəsmi məlumatda itki sayı ilə bağlı konkret rəqəm açıqlanmayıb. Lakin sosial şəbəkələrdə Ermənistanın 3 hərbçisinin öldüyü, ikisinin yaralandığı bildirilir. Hazırda Laçın istiqamətində atışma davam edir. 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın