Prezident təyin etdiyi yeni kənd təsərrüfatı naziri kimdir? - Dosye

14, 04, 23
13:00

Prezident təyin etdiyi yeni kənd təsərrüfatı naziri kimdir? - Dosye


Kənd Təsərrüfatı Nazirliyinə yeni rəhbər təyin olunub. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.

Məcnun Məmmədov kimdir?

Məcnun Məmmədov bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetinin və Lahor İdarəetmə Elmləri Universitetinin məzunu olan 42 yaşlı M.Məmmədov son illərdə iri kənd təsərrüfatı müəssisələrinə rəhbərlik edib. O, əsasən Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru, son olaraq isə “Agro Food Investment” MMC-nin direktoru vəzifəsini icra edib. 
yeni-nazir-kimdir
Bundan başqa Məcnun Məmmədov daha əvvəl “PMD Group”, “Modern Group”, “AER” MMC, “Deloitte & Touche Ltd.” “ABN AMRO Bank Kazakhstan” kimi şirkətlərdə də çalışıb.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın