"LƏZZƏT AL" insanlara belə toyuq məhsulları satır - ŞOK VİDEO

20, 04, 23
11:00

"LƏZZƏT AL" insanlara belə toyuq məhsulları satır - ŞOK VİDEO


Sosial durumu zəif olan təbəqə demək olar ki, ən çox qidalandığı toyuq məhsullarıdır. Amma çox təəssüflər olsun ki, son vaxtlar bu qidalar haqqında istər sosial şəbəkələrində, istər media resurslarında şikayətlər bitib tükənmək bilmir.

Xüsusən də broyler toyuqların çəkisi çox gəlmək üçün onlara xüsusi maye vurulur və ya buzlandırılır ki, işbazlar çəkidə bir neçə qram irəli düşüb bu yolla gəlir əldə etsinlər. Bu da insanların sağlamlığ durumuna demək olar ciddi fəsadlar yetirə bilər. 

"Azərbaycan Reallığı"na video şikayət göndərən vətəndaş iddia edir ki, dükandan" Ləzzət Al" adlı toyuq alıb və qəribə hadisə ilə üzləşib. Belə ki, sözü gedən firmanın toyuğunun içindən demək olar çəkisi qədər buz çıxıb.

"Azərbaycan Reallığı" sözügedən videonu təqdim edir


"Azərbaycan Reallığı " qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır. 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841   
 

Bizimlə əlaqə saxlayın