Əsgər Ağazadənin anası: "Oğlum günahsızdır, azadlığa buraxılmalıdır" - VİDEO

20, 04, 23
14:00

Əsgər Ağazadənin anası: "Oğlum günahsızdır, azadlığa buraxılmalıdır" - VİDEO


Özlərini feminist kimi təqdim edən qrupun üzvü, AXCP fəalı Fuad Qəhrəmanlının qızı Sanay Yağmurun şikayəti əsasında həbs edilən Əsgər Ağazadənin anası və vəkillərinin mətbuat konfransı baş tutub.

"Azərbaycan Reallığı" xəbər verir ki, Konfransa giriş sözü edən Əsgər Ağazadənin anası Sürəyya Ağayeva bildirib ki, oğlu günahsız olaraq uzun müddətdir həbsdədir. O, oğlunun məhkəməsində qarşı tərəfin heç bir ittihamı sübuta yetirə bilmədiyini və bunu özlərinin də dəfələrlə etiraf etdiyini bildirib. Konfransda söz alan Ə. Ağazadənin vəkili Ayşən Vəliyeva istintaq gedişatında baş verənləri medianın diqqətinə çatdıraraq bildirib ki, həmin gecə hüquqlarını qoruduğu Əsgər Ağazadə dəfələrlə Sanay Yağmuru evə göndərmək üçün taksi çağırmaq istəsə də S. Yağmur buna etiraz edib.

Məhkəmədə taksi sürücüsünün ifadəsi ilə də bu təsdiq edilib. Daha sonra Sanay Yağmur Əsgərə cinsi münasibətləri haqqında danışaraq evdə çılpaq gəzmək istəyib. Ə. Ağazadə isə buna etiraz edib. Bütün bunlardan sonra aydın olur ki, əslində Sanay Yağmur öncədən planlaşdırdığını həyata keçirə bilməsə də Əsgərə və ailəsinə ziyan vurmaq üçün şikayət etməkdən vaz keçməyib. 

Ə. Ağazadənin digər vəkili Vüqar Xasayev istintaq gedişatındakı digər məsələləri diqqətə çatdıraraq jurnalistlərin suallarını cavablandırıb. O həmçinin Əsgər Ağazadənin S. Yağmurun görüşə çağıraraq xala oğlunu döydürməsi faktı haqqında mediaya məlumat verib.

Ə. Ağazadənin anası S. Ağazayeva sonda istintaq gedişatındakı maraqlı faktlara toxunub. O qeyd edib ki, ekspertiza nəticəsində S. Yağmurda tapılan qan izi cinsi əlaqə zamanı yaranan qan izi deyil "aybaşı" qan izi olduğu məlum olub. Digər əsaslı faktlar barədə isə mətbuat konfransından təqdim edəcəyimiz geniş videoda izləyə bilərsiniz

VİDEO


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841  
 
 

Bizimlə əlaqə saxlayın