'Ramazan bayramınız heç mübarək olmasın "Baku Elektronics" - Camaata belə ZÜLM EDİR

22, 04, 23
10:00

'Ramazan bayramınız heç mübarək olmasın "Baku Elektronics" - Camaata belə ZÜLM EDİR


Bu müqəddəs gündə redaksiyamıza müraciət edən şikayətçi "Baku Elektronics"in əməkdaşlarından şikayətçi olduğunu bildirir.

"Dəfələrlə mağazadan dəyəri minlərlə ölçülən elektro texniki məişət avadanlıqları almışam. Heç bir gecikməm olmayıb. Sonuncu dəfə beş min manata qədər qiyməti olan televizor almışam. Sonuncu ay ödəməli olduğum bütün aylıqları tam ödəmişəm, cəmi 186 manatı 13 gün üzürlü səbəblərdən gecikdirmişəm.

Bu səbəbdən ayın sonu ödəniş edəcəyimi deməyimə baxmayaraq, bu bayram günündə bu nömrələrdən 0552055822 mənə və zamin duran qohum-əqrabama zəng edilərək xoşa gəlməyən ifadələr işlədilərək natahtçılıqlar yaratmışlar. Nəisə, bayramımızı qara gətirdilər. Allah bilir bu dinsiz, imansızları hardan tapıb işə götürüblər. Bayramınız heç mübarək olmasın Baku elektronics"!

Hesab edirik şirkət rəhbərliyi qanuna müvafiq addımlar atmalı vətəndaşlara Pezidentin də dediyi kimi qayğı ilə yanaşmalıdırlar (Rubrika.az)

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın