Rövşən Rüstəmov Cavid Qurbanovun qara kassasını işdən azad etdi

29, 04, 23
13:00

Rövşən Rüstəmov Cavid Qurbanovun qara kassasını işdən azad etdi


Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Cavid Qurbanov dönəmində bataqlığa çevrilməsi haqqında "Azərbaycan Reallığı" olaraq dəfələrlə araşdırma yazıları oxucularmızın diqqətinə çatdırmışıq. Hətta buna görə bəzi tənqidlərə və Qurbanova məxsus media tərəfindən haqqımızda xoşagəlməz sözlərlə qarşılaşmışıq.

Cavid Qurbanovun dönəmində ona yaxınlığı ilə seçilən, adı ölkə və dünya mediyasında müxtəlif tənqid və qalmaqallarda hallanan Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovu qurumun yeni sədri Rövşən Rüstəmov onu tutduğu postdan bir neçə gündür azad edib. Məlumatlı mənbə "Azərbaycan Reallığı"na bildirir ki, artıq onun Sumqayıtda Dəmir Yolunun nəznində olan idarələrin birinə təyinat alacağı deyilir.

Qeyd edək ki, Hicran Valehov Cavid Qurbanovun qara kassalarından biri sayılır. Oxucularımıza barəsində dəfələrlə məlumat vermişik. Rövşən Rüstəmov bu quruma sədr təyin olunan zaman Cavid Qurbanovun kadrlarına qarşı islahatlar apararkən Hicran Valehovun da vəzifəsini itirəcəyi haqqda məlumat vermişdik. Hətta, bəzi mənbələr onun maxinasiya və korrupsiya əməllərinin çox olmasından həbs olunacağı kimi praqnozlar da vermişdi

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın