Biləsuvarın kənd təsərrüfatı qohumbaz məmurun əsaətində qalmaqdadır - ŞOK İDDİA

13, 05, 23
17:19

Biləsuvarın kənd təsərrüfatı qohumbaz məmurun əsaətində qalmaqdadır - ŞOK İDDİA


Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyevin öz bioloji varisinə — oğluna rahat həyat, karyera qurmaq üçün dövlət qulluçusu andına xilaf çıxması barədə tənqidi məqalə dərc olunmuşdu.

Məlumat üçün xatırladaq ki, Rəfael Quliyev 15 ilə yaxın Biləsuvar rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini, həmin vəzifə ləğv olunandan sonra Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar Kənd Təsərrüfat İdarəsinin rəisi, sonradan həmin idarənin adı dəyişdirilərək Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi olanda da həmin qurumun direktoru vəzifəsində işləmiş, 2018-ci ildə sabiq nazir İnam Kərimov tərəfindən Nazirliyin Bitkiçilik şöbəsinin rəisi, bir il sonra isə həmçinin Kənd Təsərrüfat Nazirliyinin Aparat rəhbəri (hər iki vəzifənin maaşını alırdı) vəzifəsinə təyin edilmişdir.

Biləsuvarın hazırda həbsdə olan, keçmiş korrupsioner icra başçısı Mahir Quliyevin yaxın adamı kimi tanınırdı. “Dəryaz” qəzetinin redaksiyasına məlumat verən mənbənin bildirdiyinə görə Rafael Quliyev nazirliyə vəzifəyə gələndən sonra oğlu Cəbrayılzadə Sərvan Rafael öğlunu da Nazirliyə Dövlət qulluğu komissiyasından keçmədən qeyri – qanuni olaraq, Dövlət Qulluğu haqqında olan qanunun 27.3 və 28.1 maddələri pozularaq nazirin əmri ilə qeyri qanuni olaraq işə qəbul etdirmişdir.
 
2016-cı ildə Cəbrayılzadə Sərvan institutu bitirir, akin məmur oğlu ranqından istifadə edərək nə yollasa 2020- ci ilə qədər hərbidən yayınmağa müvəffəq olur, Vətən qarşısında borcunu yerinə yetirmir.

150.000 manat dəyəri olan son model “Lexus” avtomobilində at oynadır. Onu da qeyd edilirdi ki, Rəfail Quliyev Biləsuvarda vəzifədə işləyən zaman hektarlarla torpaq sahələrini ələ keçirib, heyvandarlıq ferması yaratmışdır.

Cəbrayılzadə Sərvan Rafael oğlu Kadrlar şöbəsində baş məsləhətçi işləyirdi. KTN – dəki neqativ hallar barədə tənqidi yazılar artan zaman məsələnin ictimailəşməsinin vəd etdiyi təhlükələrdən ehtiyatlanan Rəfael Quliyev tezbazar Sərvanı “komissovat” etdirib Milli Banka köçürmə yolu ilə işə düzəltdi.

Maraqlıdır, əgər Sərvan xəstə idisə, niyə indiyədək “neqodnı” hərbi bilet almamışdı? Təəssüf ki, bu və digər suallarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinə göndərdiyimiz sorğulara cavab verilmədi. Belə çıxır ki, kasıbın övladı qeyrətinə tapınıb müharibəyə yollanmalı, Vətən uğrunda canından keçməlidir, amma Rəfael Quliyev kimi üzdəniraq məmurların oğulları isə hərbidən yayınıb rahat kreslolarda haram yeməlidirlər?

“Dəryaz” qəzetinin redaksiyasına daxil olan növbəti məlumatlara görə, R.Quliyev hələ RİH-də başçının Aqrar məsələlər üzrə müavini işlədiyi dönəmdə 24 kəndin hər birində Maliyyə Nazirliyinin təftişçilərinin apardığı yoxlamalar zamanı külli miqdarda maliyyə yeyintiləri üzə çıxıb.

Ən az yeyinti Əliabad kəndində (450 manat) , ən çox yeyinti isə Ağalı kəndində (9500 manat) aşkarlanıb və geri qaytarılıb. Məlum olub ki, artıq subsidiya almaq üçün yerlərdə arpa əkinləri buğda kimi göstərilirmiş. 37 min manat haram subsidiya alan şəxslər müəyyən edilsə də, sonradan ört-basdır edilib. Subsidiyalar bu gün də kimlərinsə adına yazılaraq mənimsənilir.

R.Quliyevin nepotist (qohumbazlıq) siyasəti bu gün də davam edir. Qeyd olunur ki, Biləsuvarda ona məxsus 1000 hektar torpağı vaxtilə rayon Statistika İdarəsində işləmiş Vüsal adlı bacısı oğlu əkir.

R.Quliyevin bacısı qızı da, qardaşı oğlu da nazirliyə təyinat alanda öz yerinə gətirdiyi DAİM-n müdiri Nurərrin Quliyevin yanında haqq etmədikləri mühüm vəzifələrdə işləyirlər. V ə elə onların əli ilə də külli miqdarda maliyyə maxinasiyalarını rahatlıqla həyata keçirirlər.

Həmçinin bildirilir ki, R.Quliyev sabiq nazirin bacısı qızını oğluna alıb gəlin etdiyi üçün bir növ toxunulmazlıq statusu qazanıbmış.

Mövzuya qayıdacağıq.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın