İnsanların xəstəliyi bunlar üçün gəlir ünvanıdır: Vətəndaş ÇARƏSİZ DURUMDA - VİDEO

27, 05, 23
09:32

İnsanların xəstəliyi bunlar üçün gəlir ünvanıdır: Vətəndaş ÇARƏSİZ DURUMDA - VİDEO


Bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət etməyiniz kifayətdir.Amma nədənsə bəzi “pulalmaniya” xəstəlityinə düçar olmuş həkimlərimiz var ki,onlar yenə də pasiyentlərdən hər vəclə təmənna güdürlər.

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu hqda Dünyanınsəsi.Az saytına .Daşkəsən rayon sakini Həsənova Gülmira Vilayət qızı tərəfindən göndərilən video-şikayətdə belə qeyd edilir.

Şikayətçi xanım bildirir ki, hərbi xidmətdən məzuniyyətə gəlmiş əsgər oğlunu müayinə edilməsi üçün Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına göndəriş veriblər.

Bildiyimiz kimi bu gün müayinələrin növləri çox olsa da, əsas bir neçəsi tez-tez istifadə olunur. Bunların arasında MRT, KT və rentgen ən çox istifadə olunanlardır.

Ucqar dağ rayonundan göndərişlə gələn ana əsgər oğlunun onurğa beyni və sinirlərin strukturunu maqnit sahəsi əsasında müayinə etdirib.Nəticədə ondan 94 manat da pul alıblar.Məcburiyyət qarşısında qalan əsgər anası Fərid adlı həkimə deyib ki, bəlkə fəqərələr, fərəqəarası disklər, onurğa beyni və sinirlərin strukturunu, yumşaq toxumaları, vətərləri və əzələləri də MRT edəsiniz.Həkimin cavabı belə olub: “Əlavə olaraq yenə 94 manat ödəyin müayinə edək”

Bu cür hərəkətlərin sərgilənməsi Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan islahatlara zərbə vurmaqdan başqa bir adı yoxdur.

Redaksiya olaraq inanırıq ki, TƏBİB tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan bü cür müəssisələrdə “pulalmaniya “xəstəliyinə düçar olmuş sözügedən həkim barəsində ciddi tədbir görəcəkdir.

Səsləndirilən iddia ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.

Əsgər anasının video-şikayətini təqdim edirik:
 


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın