Həbsdə olan sayt rəhbəri ölkə başçısından kömək istədi - Onu müxalifət liderinin nəvəsi şərlətdirib?

09, 06, 23
17:00

Həbsdə olan sayt rəhbəri ölkə başçısından kömək istədi - Onu müxalifət liderinin nəvəsi şərlətdirib?


Bir neçə ay bundan əvvəl müxtəlif ittihamlarla həbs olunan və hal-hazırda Kürdəxanı istintaq təcridxanasında saxlanılan Instagram üzərindən yayımlanan, yüz minllərlə izləyicisi olan Xeberaz.az səhifəsinin admini, eyni adlı Xeberaz.az xəbər portalının baş redaktoru Tural Əliyev həbs olunmasının bəzi qaranlıq məqamlarına aydınlıq gətirəcəyi haqqında ona məxsus olan İnistgram üzərindən yayımlanan Xeberaz.az səhifəsi vasitəsilə ictimayətə müraciət edib, o, həmçinin ölkə başçısı İlham Əliyevdən istentaqinin şəfaf aparılması üçün köməklik istəyib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Tural Əliyev ictimayyətə ünvaladığı məktubda mediafaliyyəti zamanı hər vaxt dövlətin və dövlətçliyin yanında olub. O bildirir ki, çox təəssüflər olsun, həbsi zamanı hüquq-mühafizə orqanlarına yalnış məlumatlar ötürərək onun həbsinə nail ola biliblər, uzun müddət ölkənin keçmiş millət vəkili olan deputat mandatın itirdikdən sonra radikal müxalifət düşərgəsində ölkəmiz və ölkə başçısının ünvanına ən sərt şəkildə tənqidlər yağdıran və 2018- ci ilin pirezdent seçkilərində pirezdent olmaq iddiasına düşən özünü müxalifət düşərgəsinin liderlərindən hesab edən şəxsin model nəvəsi və onunla şəxsi əlaqələri olan vəzifəli şəxsin oğlunun ona qarşı qurduğu məkirli planın qurbanı olub.

Tural Əliyev ünvaladığı müraciətdə bildirir ki, istentaq hərəkətləri getdiyi üçün aparılan istintaq işinə mane olmamaq üçün hələlik bu şəxsin kimliyi haqqında məlumat vermək istəmir, amma ən qısa müddət ərzində ictimaiyyətə geniş və təfərrüatı ilə məlumat veriləcək. Məmur barədə danışmamaq üçün müəyyən müddətə qədər "oruc" tutsaq da, müxalifətin ailəsinə aid olması barədə ipucu verərək sözümüzə başlayaq. Qısaca olaraq onu bildiririk ki, Prezident İlham Əliyevin etimad edərək vəzifəyə təyin etdiyi məmur balası prezidentə və xalqa qarşı çıxır desək yanılmarıq.

Ölkə başçısının daxili və xarici siyasətinə kölgə salmağa çalışan müxalifət liderinin qızı nəvəsinə milyonları xərcləmək, bahalı avtomobil almaq və onların möhkəmlənərək xalq arasında çaxnaşma yaratmasına şərait yaradan məmurun ailəsi görünür əməllərinin ifşa olunmasından bərk narahat olaraq, özlərini müdafiə etmək məqsədi ilə məni sifarişlə həbs etməklə, çirkin niyyətlərini örtbasdır etmək qərarına gəliblər.

Mənə məlum olmayan ittihamlarla artıq 4 aydan çoxdur ki, həbsxana həyatı yaşayıram, himayəmdə azyaşlı övladlarım var, ailənin sosial durumu təkcə mənim çiyinlərim üzərində idi, artıq uzun müddətli həbsim mənim gələcək övladlarmın taleyi üçün narahat edir. Cənab pirezdent, mənim həbsimdə vastəçilik edən şəxslər sizi və hüquq-mühafizə orqanlarını yalnış məlumatlar verərək yalnış istqamətə yönəldirlər.

Xahiş edirəm, mənim həbsimi diqqətdə saxlayaraq istintaq işinin ədalətli aparılması üçün göstəriş verəsiniz - deyə sonda Tural Əliyev ölkə başçısında və digər güc mərkəzlərindən kömək istəyib.  

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın