İş adamı hüquqşünasdan GİLEY ETDİ - TƏFƏRRÜAT

17, 06, 23
09:00

İş adamı hüquqşünasdan GİLEY ETDİ - TƏFƏRRÜAT


Sosial şəbəkələrdə "PriuSServiS Bakı" səhifəsi və səhifənin admnistratoru Nadir Əliyev özünü hüquqşunas kimi təqdim edən Şahlar Ramazanovu dələduzluqda ittiham edib. "Universal avtoservis 044" avtoservisinin rəhbəri olan Nadir Əliyev öz səhifədə yayımladığı şikayətində yazır: 

"Səhifəmizin izləyicisi olan sürücülərin və avtoservis işçilərinin nəzərinə: - bu adam Şahlar Ramazanov özünə 7 priusdan ibarət olan taksi xidməti göstərən avtopark yaradıb və bir müddət maşınların təmirini bizim servisə həvalə etmişdi. Əvvəllər təmir pulunu vaxtında ödəyirdi, sonra isə etibarımızdan istifadə edib 800 manata yaxın xidmət haqqımızı ödəməyib.

İndi nə telefona cavab verir nə də pulumuzu ödəyir. Onu da deyim ki dediyinə görə hüquqşünasdır. Bizdə olan məlumata görə daha 4 servisə ödəniş etməyib, hətta sürücülərin də əmək haqqını ödəməyib. Sizə də iş birliyi təklif edərsə ayıq olun. Bu adam dələduzluq edir. Biz artıq 102 xidmətinə şikayətimizi yazdıq." T

Nadir bəylə əlaqə saxladıq və Nadir bəy aşağıda sölədiklərini yazdıqlarına əlavə etdi: - Bu adam bizm etibarımızdan sui istifadə edərək pulumuzu vermir. Bu pullar işçilərin puludur. Vicdansızlığın dərəcəsinə baxın ki, gecə gündüz işləyib onun maşınlarını sazlayan əliqabarlı fəhlələrin pulunu yeyir və özüdə güya hüquqşunasdır.

Gizlənir bizdən, zənglərə cavab vermir. Halal pulumuzu ala bilmirik.Artıq polisə müraciət etmişik. Hər halda polisimiz belə dələduzların öhdəsindən gələr. Ümid edirik ki, Şahlar Ramazanov bu anlaşılmamazlığa aydınlıq gətirərək avtoservisin pulunu ödəyər və hüquşunas adına ləkə gətirən məsələni aradan qaldırar! (Teref.az) 


Redaksiya qarşı tərəfində mövqeyini dərc etməyə hazırdır!

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın