SON DƏQİQƏ! “Sədərək Yusif”in oğlu Türkiyədə həbs edildi

22, 06, 23
11:00

SON DƏQİQƏ! “Sədərək Yusif”in oğlu Türkiyədə həbs edildi


Türkiyədə Kibercinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.

"Azərbaycan Reallığı" "Milliyet”ə istinadən xəbər verir ki, çirkli pulların yuyulması ilə bağlı 120 nəfər saxlanılıb.

Məlumata görə, həmin fenomenlərin olduğu dəstə kredit kartları ilə fırıldaqçılıqda günahkar bilinir. Bu dəstənin sosial media fenomenlərinə 1 milyard 200 milyon lirə transfer etdiyi bildirilir. Əməliyyat nəticəsində 42 fenomenin əmlakına əl qoyulub.

İddia olunur ki, saxlanılanlar arasında azərbaycanlı "tiktoker” Səfər Eyvazov da var.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 
 

Bizimlə əlaqə saxlayın