Bəzi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

22, 06, 23
23:00

Bəzi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA


Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Şahbuz, Gədəbəy, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qax, Zaqatala, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

İyunun 22-də yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay və Gəncəçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Goranboy rayonu ərazisindən axan Gorançaydan və Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib və hazırda davam edir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın