Son 20 ildə zərərsizləşdirilən cinayətkar qrupların sayı açıqlandı

02, 07, 23
16:00

Son 20 ildə zərərsizləşdirilən cinayətkar qrupların sayı açıqlandı


Azərbaycanda son 20 ildə törədilən cinayətlərin statistikası açıqlanıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov "Polis Günü”nə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 20 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

"Əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb.

Eləcə də cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakı, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatlar keçirilib", - nazir qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın