Qızmar günlər gəlir: 50 dərəcə isti olacaq - XƏBƏRDARLIQ

06, 07, 23
13:00

Qızmar günlər gəlir: 50 dərəcə isti olacaq - XƏBƏRDARLIQ


Bu il Türkiyənin yerləşdiyi coğrafiyada havanın temperaturu 50 dərəcəyə çata bilər. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə türkiyəli professor Levent Kurnaz xəbərdarlıq edib.

Professor 2023-cü ilin bəşəriyyətin indiyə qədər yaşadığı ən isti il olacağını və ən yüksək temperatur rekordunun Türkiyədə qırılacağını bildirib: “İndiyə qədər 49,1 dərəcə gördük”. 

Kurnaz, havanın temperaturunun 50 dərəcədən yuxarı qalxacağını çox asanlıqla görə biləcəklərini vurğulayıb: "Dünya ilk dəfə dəhşətli istilərə şahidlik edəcək". 

Mütəxəssis qlobal istiləşməyə səbəb kimi kömür, neft və təbii qazı göstərib. 

Professor bildirib ki, bu il daha 10-12 rekord gün yaşanacaq: "Belə olan halda 2023-cü il insanların yaşadığı ən isti il olacaq. Bundan sonra yaşayacağımız hər fəsil öz fəsillərinə, yəni əvvəlki temperaturlarına nisbətən daha isti olacaq. Gənc də olsan, çöldə 40 dərəcə isti olanda "mənə heç nə olmayacaq" deməməlisən. İsti hava şəraiti hər kəsə mənfi təsir edə bilər. Amma ilk növbədə körpələri və qocaları qorumalıyıq. Onların olduğu mühitdə havanın temperaturu 40 dərəcəyə çatmamalıdır". 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın