Ugurlu əməliyyatları ilə xalqı zirvələrə aparan prakurorluq - Əzənin qarşısında əzilənin yanında!

08, 07, 23
22:00

Ugurlu əməliyyatları ilə xalqı zirvələrə aparan prakurorluq - Əzənin qarşısında əzilənin yanında!


Ölkəmizin hər yerində böyük sədaqətlə çalışan, bu yolda heç bir fədakarlıqdan qaçmayan, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təmin edən, gecələrini gündüzə qataraq, cəmiyyətimizin təhlükəsizliyi üçün 24 saat çalışan hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəsiz ki, az deyil. 

44 günlük ikinci vətən müharibəsinə nəzər salsaq torpaqlarımızın suverenliyi üçün canından keçən, sinəsini sipər edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına kifayət qədər rast gəlmək olar. 

Bundan əlavə, korrupsioner, rüşvətxorluq edən, xalqa ayrılan maliyyə vəsaitlərini mənimsəyərək öz şəxsi dədə-baba malı kimi özlərinə dəm-dəzgahlı villalar, bahalı maşınlar alan dırnağarası məmurlara qarşı həssas mübarizələri göz önündədir. 

Son dövürlər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdikləri silsiləli əməliyyatlar bunun bariz sübutudur.

Vaxtı ilə bu qurumun rəhbər şəxsləri bir sözlə ölkənin keçmiş baş prokuroru Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubov prakurorluq orqanların hansı vəziyyətə salmışdılarsa bu haqqda danışmağa belə lüzum yoxdur.

Amma Kamran Əliyevin layiqli təyinatından sonra demək olar ki, prakurorluq orqanları ilə xalq arasında yeni nəfəs və dostluq yarandı, indi hər kəs üzləşdiyi qanunsuzluqla bağlı rahat şəkildə prakurorluqla əlaqə saxlaya bilir, üzləşdiyi qanunsuzluğu rahat formada adiyyəti üzrə çatdıra bilir. 

Baş Prokurorun və  prakurorluğun rəhbər şəxslərinin tez-tez bölgələrmizdə vətəndaşların şikayətlərin yaxından dinləməsi sosial şəbəkələrdə problemli vətəndaşlarla yaxın təmas qurması da sirr deyil, bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini bəzi rayon rəislərinin yol verdikləri nöqsanlara görə uğurlu əməliyyatları demək olar ölkəmizdə insanlar arasında böyük rəğbət doğurub.

Prakurorluq orqanların son zamanlar gənclərə yol açması, bu orqanlarda kifayət qədər gənclərin ən yüksək vəzifələrdə çalışması, ölkəmizin ictimai həyatında gənclərin fəallığının və geniş iştirakının təmin olunmasına daim qayğı göstərilməsi, Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında sistemli şəkildə həyata keçirilən islahatların mərkəzində dayanır. Prokurorluq orqanlarında qulluğa qəbul prosesi də bu işin mühüm tərkib hissələrindən biridir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın