Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq? - İDDİA

09, 07, 23
16:09

Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq? - İDDİA


Quba rayon İcra hakimiyyətinin başçısının qəfl vəzifədən götürülməsilə bağlı  xəbərin üstündən xeyli vaxt keçib.

Bu vaxt ərzində bizə o məlum oldu ki, keçmiş başçı yerli  camaatla məzələnmək istəyib və nəticədə dövlət başçlsı özü onunla pis məzələnib.

Uzun müddətdir ki, Quba Rayon İcra Hakimiyyətində başçı yeri boş qalıb. Başçı yeri boş qalmasına baxmayaraq bu sistem əvvəlki halından daha işlək vəziyyətdədir. 

"Azərbaycan Reallığı"ın əldə etdiyi başqa bir xəbərə görə həmin yerə ən layiqli namizəd hazırda Quba Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Ramil İsmayılovdur.

Ramil İsmayılov yerli kadırdır, hüquqşünasdır, vəkillər kollegiyasının üzvüdür,  yerli əhali arasında reytinqi yüksəkdir, hakimiyyətin etimadını doğruldacaq elmi-idarəetmə potensialına malik şəxsdir. 

Gözləyək, görək bu xəbər özünü necə doğruldacaq və Qubanın icra başçısı bu dəfə kim olacaq?

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın